Samux Rayon İcra Hakimiyyəti başçısının rayonun Zazalı kəndində səyyari görüşü keçirilmişdir.
Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Zazalı kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Görüşdə kənd sakinləri ilə yanaşı İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Zazalı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Xəlilov Cavanşir kənd barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, təbii qaz, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Daha sonra kənd sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1. Zeynalova Gülnaz Tapdıq qızı yeni yaşayış massivinə elektrik xəttinin çəkilməsini xahiş etdi.
2. Nuriyev Anar Ramiz oğlu pay torpağının sərhədlərinin dəqiqləşdirilməsini xahiş etdi.
3. İbrahimov Müşfiq Cavid oğlu isə yaşadığı küçənin cari təmiri təklifini irəli sürdü.
Səyyar qəbulu yekunlaşdıran Samux RİH-nin başçısı cənab Alı Qocayev qəsəbə sakinləri tərəfindən irəli sürülmüş rəy və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi