Samux rayon ictimaiyyət nümayəndələrinin iştirakı ilə cəbhədəki son vəziyyətin müzakirəsinə dair müşavirə yığıncağı keçirildi.
Bu gün Samux Rayon İcra Hakimiyyətinin inzibati binasının akt zalında ölkə başçısı, Ali Baş Komandan cənab Prezident İlham Əliyevin 02 aprel 2016-cı il tarixində keçirdiyi Təhlükəsizlik Şurasının iclasından irəli gələn məsələləri ictimaiyyətə çatdırmaq, o cümlədən Respublikamızın düşmənlə təmas nöqtəsində baş vermiş gərginliyi müzakirə etmək məqsədi ilə geniş müşvirə keçirildi.
Müşavirədə rayon ictimaiyyəti, ziyalılar, agsaqqallar,idarə və müəssisə rəhbərləri iştirak edirdilər. Müşavirəni giriş sözü ilə açan Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev işğalçı dövlətin törətdiyi təxribatlara qarşı Ali Baş Komandanın rəhbərliyi ilə silahlı qüvvələrimizin həyata keçirdiyi sarsıdıcı cavab həmlələrindən danışdı.
Daha sonar çıxış edən Samux Rayon Məhkəməsinin sədri Nizami Hümbətov qeyd etdi ki, düşməndən dəfələrlə güclü olan ordumuz vəziyyəti tam nəzarət altında saxlayır.
Tədbirdə çıxış edənlər: Samux Rayon Qarabağ əlilləri və şəhid ailələləri cəmiyətinin sədri Mirzəməmməd Orucov, Azərbaycanın Milli Qəhrəmanı Eltun İsgəndərovum atası Xaləddin İsgəndərov, YAP Samux Rayon Təşkilatının sədri Gündüz Bayramov və Samux Rayon Gənclər və İdman idarəsinin rəis müavini Eynur Fərmanlı çıxış edərək xalqımızın ruh yüksəkliyindən, döyüşkənliyindən, birliyindən və işğalçı dövlətin təxribatlarını pisləyərək hər an Ali Baş Komandanın yanında olduqlarını qeyd etdilər.
Xalqımız da Ali Baş Komandana güclü inam və böyük ruh yüksəkliyi vardır.