Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyəti başçısının rayonun İnstitut qəsəbəsində səyyari görüşü keçirilmişdir.

29 mart 2016 | 16:00

Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun İnstitut qəsəbə sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Görüşdə qəsəbə  sakinləri ilə yanaşı  İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların  rəhbərləri iştirak edirdilər.
Əvvəlcə İnstitut   qəsəbə  inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Məmmədov Səbuhi qəsəbə barədə iclas iştirakçılarına geniş məlumat verdi. Qəsəbədə  görülmüş işlər, elektrik enerjisi, təbii qaz, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Daha sonra kənd  sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1. Hüseynova Hicran  Vəli qızı çıxış edərək  qəsəbədə bankomantın quraşdırılmasını xahiş etdi.
2. Əsgərov Yunis  Ələsgər oğlu öz çıxışında  küçələrin cari təmiri xahiş etdi.
3. Rizmanov  Ömər Nizam oğlu  yeni məktəb binasının tikilməsi təklifini  irəli sürdü.
Səyyar qəbulu  yekunlaşdıran Samux  RİH-nin başçısı cənab Alı Qocayev qəsəbə sakinləri tərəfindən irəli sürülmüş rəy  və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə  yerindəcə müvafiq tapşırıqlar  verdi

Keçidlər