Samux rayon İcra Hakimiyyəti başçısının Füzuli kəndində səyyari görüşü keçirilmişdir.
16 mart 2013 | 16:00
15 mart 2013-ci il tarixdə Samux rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin Füzuli kəndində kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi. Görüşdə kənd sakinləri tərəfindən 4 təklif və rəy irəli sürüldü ki, bunlardan da 1 təklif yerindəcə həll edildi. Digər rəy və təkliflərə baxılması üçün cənab başçı tərəfindən aidiyyəti orqanlara yerində müvafiq tapşırıqlar verildi.