Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda “31 mart-Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar tədbir keçirildi

31 mart 2016 | 16:00

Samux  rayonunda qan yaddaşımızda dərin iz buraxmış “31 Mart-Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar tədbir keçirildi.
Samux Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə YAP Samux rayon təşkilatında keçirildi və tədbirdə icra strukturlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdi.
Tədbiri çıxış nitqi ilə açan Samux Rayon İcra Hakimiyyəti başçısı cənab Alı Qocayev tarix boyu xarici qüvvələrin havadarlığı ilə erməni qəsbkarlarının vətənimizə və xalqımıza qarşı məkrli addımlar atdığını, qırğın və soyqırımıları həyata keçirdiyini tədbir iştirakçılarının diqqətinə  çatdırdı.  Belə qanlı olaylardan birinin də 1918-ci ildə erməni daşnak-bolşevik birlikləri tərəfindən törədilən 31 Mart soyqırımı olduğunu bildirən A.Qocayev  bu qətliam zamanı azərbaycanlılara məhz milli mənsubiyyətinə görə divan tutulduğunu vurğuladı. Natiq 31 Mart soyqırımına da ulu öndər Heydər Əliyev tərəfindən gerçək hüquqi-siyasi qiymət verildiyini qeyd edərək bu hadisənin bir soyqırımı aktı olduğunu qeyd etdi.
Daha sonar Samux rayon Sərkar kənd orta məktəbinin müəllimi Aynur Qəhrəmanova, Samux şəhər 1 saylı tam orta məktəbin müəllimləri Gülnarə Məmişova və Samux rayon Ziyadlı  kənd orta məktəbinin müəllimi Ülviyyə İbrahimova çıxışlarında da  xarici havadarlarının dəstəyi ilə əzəli Azərbaycan torpaqlarında məskunlaşdırıldıqdan sonra ermənilərin daim soydaşlarımıza qarşı məkrli və təcavüzkar planlar həyata keçirdiklərini vurğuladılar.

Keçidlər