Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda kənd təsərrüfatında görülən işlər və pambıqçılığın inkişafı ilə bağlı tədbir keçirildi.

29 mart 2016 | 15:00

29.03.2016-cı il tarixdə Samux Rayon İcra Hakimiyyətində rayonda kənd təsərrüfatında görülən işlər və pambıqçılığın inkişafı ilə bağlı tədbir keçirildi.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev, rayonun aidiyyəti idarə müəssisə, təşkilatlarının, icra nümayəndələri, bələdiyyələr, kənd təsərrüfatı mütəxəssisləri, sahibkarlar və mülkiyyətçilər iştirak etdi.
Görüşdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev bildirdi ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qeyri-neft sektorunun inkişafı sahəsində həyata keçirilən son  tədbirlər rayonumuzda da öz töhfələrini verməkdədir. Qeyri neft sektorunun prioritet istiqamətlərindən olan aqrar sahənin inkişaf etdirilməsi üçün müəyyən işlər görülmüş və hazırda da bu sahədə olan problemlər ümumiləşdirilərək icrasına başlanılmışdır.Rayonumuzda kənd təsərrüfatının, xüsusilə də pambıqçılığın inkişaf etdirilməsi gələcəkdə yüzlərlə əlavə iş yerləri yaranması deməkdir.
Tədbirdə bir çox mülkiyyətçilərin də  fikirləri öyrənildi, problem və təklifləri dinlənildi.

Keçidlər