Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda əztəminatlı ailələrə bayram sovqatı paylanıldı.

16 mart 2016 | 16:00

Samux Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Novruz bayramı münasibəti ilə rayonda yaşayan Qarabağ əlillərinə, şəhid və imkansız ailələrə  bayram sovqatlarının paylanması təşkil olunmuşdur.
Rayonda  fəaliyyət göstərən ictimai birliklərin rayon şöbələrinin rəhbərlərinin və üzvlərinin, rayon sakinləri, burada məskunlaşmış məcburi köçkün ailələrinin, həmçinin tədbirin təşkilati işlərində yaxından iştirak etmiş idarə və təşkilatların nümayəndələrinin iştirakı ilə təşkil olunan mərasimə toplaşanlar qarşısında  Samux Rayon İcra Hakimiyyətinin  Başçısı cənab Alı Qocayev çıxış edərək Novruz bayramı münasibəti ilə təbrik etmiş, bu günlərdə ehtiyacı olan hər bir vətəndaşa kömək göstərilməsinin əhəmiyyətini xüsusi olaraq vurğulamışdır. Bayram ilə əlaqədar Samux rayonunda yaşayan az təminatlı ailələrə, qaçqınlara, ərazidə məskunlaşmış məcburi köçkün ailələrinə, kimsəsizlərə, tənhalara və yardıma daha çox ehtiyacı olan şəxslərə – ümumilikdə 420 ailəyə bayram payları təqdim edilmişdir.
Tədbirdə çıxış edən rayon sakinləri bayram münasibəti ilə göstərilən yardımlara görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər