Samux rayon Qarabağlar kəndində içməli su problemi həll edildi
Azərbaycan və ABŞ hökumətləri Samuxda sosial-iqtisadi inkişafı gücləndirmək məqsədilə əməkdaşlıq edirlər. ABŞ-ın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) adlı proqram ölkə boyu müxtəlif kəndlərdə həyat səviyyəsini yaxşılaşdırmaq üçün icmaları və yerli hökumət orqanlarını bir araya gətirməyə davam edir. 14-15 mart tarixlərində, Samux rayonun kəndləri su çatışmazlığı ilə bağlı layihə başa çatdırılıb. Bu layihələr SEDA tərəfindən həyata keçirilmiş və ABŞ və Azərbaycan hökumətləri tərəfindən birgə maliyyələşib.
Samux rayonunun Qarabağlar icması uzun müddət texniki su çatışmazlığı ilə bağlı çətinlik çəkib. Qadınlar və uşaqlar gündəlik istifadə və suvarma məqsədilə uzaqda yerləşən quyulardan su gətirməyə məcbur olublar. SEDA vasitəsilə kənd sakinləri 41 krana bağlı olan yeddi su rezervuarları quraşdırdılar. Bu, icmanın 1600-dən çox sakinin yaşayış səviyyəsini və sanitar durumunu yaxşılaşdırmağa kömək edib.