Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyəti başçısının rayonun Çobanabdallı kəndində səyyari görüşü keçirilmişdir.

15 mart 2016 | 16:00

Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Çobanabdallı   kənd  sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Görüşdə kənd sakinləri ilə yanaşı  İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların  rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Çobanabdallı   kənd    inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Məhərrəmov Elşad  kənd  barədə iclas iştirakçılarına geniş məlumat verdi.  Kənddə görülmüş işlər, elektrik enerjisi, təbii qaz, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Daha sonra kənd  sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1. Əliyev İsmayıl Rəsul oğlu  çıxış edərək  təsərrüfat daxili su arxlarının təmizlənməsini  xahiş etdi.
2. Məmmədov  Novruz  Oruc oğlu   öz çıxışında  Çobanabdallı-Qarabağlar yolunun cari təmirini  xahiş etdi.
3. Əliyev Zöhrab Məhərrəm oğlu  yaşadığı küçədəki içməli su xəttinin təmiri  təklifini irəli sürdü.
4. Kərimov  Azər  Aydın oğlu qaz xəttinin cari təmiri  təklifini irəli sürdü.

Səyyar qəbulu  yekunlaşdıran Samux  RİH-nin başçısı cənab Alı Qocayev kənd  sakinləri tərəfindən irəli sürülmüş rəy  və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə  yerindəcə müvafiq tapşırıqlar  verdi

Keçidlər