Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayon məktəb komandaları arasında “Şahinlər” hərbi-idman oyununun rayon birinciliyi keçirilmişdir.

12 mart 2016 | 16:00

Samux şəhər 3 saylı tam orta məktəbdə, Samux rayon məktəb komandaları arasında “Şahinlər” hərbi-idman oyununun rayon birinciliyi keçirilmişdir. Yarış başlamazdan əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir. Tədbirin açılış mərasimində çıxış edən Samux rayon Gənclər və İdman İdarəsinin rəisi Rəşad Qarayev bütün tədbir iştirakçılarını təbrik etmiş onlara üğurlar arzulamışdır. Daha sonra Təhsil Şöbəsinin müdiri Gülağa Hüseynov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon bölməsinin giziri Rüstəm Xudiyev, Qarabağ Müharibəsi Əlilləri, Veteranları Və Şəhid Ailələri İçtimai Birliyi Samux rayon Şöbəsinin sədri Mirzəmməd Orucov fikirlərini bildirərək gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi haqqında danışmış və “Şahinlər” ə uğurlar arzulamışlar. Samux rayon Gənclər və İdman İdarəsi, Samux rayon Təhsil Şöbəsi və SHXÇDX-nin Samux rayon bolməsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 20 tam orta məktəbin komandası mübarizə aparmışdır. Hərbi-idman oyununda komandalar sıra hazırlığı, darağa patron doldurulması və boşaldılması, avtomatın sökülməsi və yığılması, tüfəngdən hədəfə atəş açmaq, fiziki hazırlıq, maneələrin dəf olunması, mülki müdafiə mərhələləri üzrə öz qüvvələrini sınamışlar. Gənclərin böyük marağına səbəb olan yarışın yekun protokoluna əsasən ilk öncə Qarayeri qəsəbə 1 saylı, Yenikənd kənd, Lək kənd, Alıüşağı kənd tam orta məktəb komandaları fəal iştirakına görə diplomlarla təltif olunmuşlar. Daha sonra tribunadan qaliblərin adı səslənmişdir. Samux şəhər 3 saylı tam orta məktəbin komandası 1-ci yerə, Sərkar kənd tam orta məktəbin komandası 2-ci yerə, şəhər 2 saylı tam orta məktəblərin komandası isə 3-cü yerlərə layiq görülərək təşkilatçılar tərəfindən diplom və kubokları ilə mükafatlandırılmışlar.
Qeyd edək ki, 1-ci yerin sahibi olan 3 saylı tam orta məktəb komandası aprel ayında Gədəbəy şəhərində keçiriləcək zona birinciliyində Samux rayonunu təmsil edəcəkdir.

Keçidlər