Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü ilə 2016-cı il Multikulturalizm İli ilə əlaqədar olaraq “Azərbaycanda siyasi multikultiralizmin banisi Heydər Əliyevdir!” adlı geniş tədbir keçirildi.

11 mart 2016 | 16:00

10.03.2016 -cı il tarixində Samux rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü ilə “Azərbaycanda siyasi multikultiralizmin banisi Heydər Əliyevdir.” adlı tədbir kecirildi. Tədbirdə Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Aygün Həsənzadə, Samux rayon İcra Hakimiyyətinin ictimai və siyasi məsələlər üzrə müavini Kəmalə Xəlilova, Dini qurumlar üzrə Komitənin Gəncə regional bölməsinin müdiri Asif Əliyev, Samux rayon İcra Hakimiyyətinin ictimai siyasi məsələlər üzrə şöbənin dini işlər üzrə müavini Elnaz Cəfərova ,  Rayonun Axundu, “Fəal Qadınlar” İnkişaf İctimai Birliyinin sədri  Samirə Ələkbərova çıxış etdilər.
   Heydər Əliyev Mərkəzinin direktoru Aygün Həsənzadə tədbiri açıq elan edərək Ulu öndər Heydər Əliyevin Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçdiyi və müdrik siyasəti ilə əsrlər boyu formalaşan çox mədəniyyətlilik ənənəsini inkişaf etdirərək onu keyfiyyətcə yeni mərhələyə qaldırdığından danışdı. Onun rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi istiqamət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd etdi.
   Tədbirdə digər çıxışçılar  çıxış edərək Ümummilli lider Heydər Əliyevin siyasi iradəsi nəticəsində Azərbaycan, tarixən, sahib olduğu tolerantlıq və multikulturalizm ənənələrini hüquqi və siyasi müstəvidə yenidən bərpa etdiyindən söz açdılar.
Multikulturalizm Azərbaycanda əsrlərdən bəri formalaşan, eyni zamanda ictimai-bədii, psixoloji-mənəvi müstəvidən kənara çıxmayan dəyərlər toplusudur. Azərbaycanın tarixən müxtəlif xalqların və dinlərin nümayəndələrinin sülh, dostluq şəraitində yaşadığı məkan olduğunu, Azərbaycanın dünyada təkcə enerji resursları ilə zəngin olan ölkə kimi deyil, həm də humanizm prinsiplərinə sadiq, tolerant və multikultural ölkə kimi tanındığını bildirildi.
Sonda Samux Rayon Heydər Əliyev Mərkəzində Multikuluralizmlə bağlı  silsilə tədbirlərin  müntəzəm olaraq müxtəlif auditoriyalar üçün təşkil olunacağı da qeyd olundu.

Keçidlər