Samux rayon İcra Hakimiyyəti başçısının Sərkar kəndində səyyari görüşü keçirilmişdir
01.03.2013-cü il tarixində, saat 11:00 radələrində Samux rayonu İcra hakimiyyətinin başçısı, cənab Alı Qocayevin rayonumuzun Sərkar kəndində növbəti səyyari qəbulu keçirildi.
Görüşdə İcra başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Sərkar kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Asif Tağıyev iclas iştirakçılarına kənddə görülmüş işlər barədə geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, təbii qaz, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışıldı. Görüşdə kənd sakinləri tərəfindən 4 təklif və rəy irəli sürüldü ki, baxılması üçün cənab başçı tərəfindən aidiyyəti orqanlara yerindəcə müvafiq tapşırıqlar verildi.