Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyəti başçısının rayonun Sərkar kəndində səyyari görüşü keçirilmişdir.

10 mart 2016 | 16:00

Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Sərkar  kənd sakinləri ilə növbəti səyyar qəbulu keçirildi. Görüşdə kənd sakinləri ilə yanaşı İcra Hakimiyyəti başçısının müavinləri, icra aparatının şöbə müdürləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Sərkar  kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Təhmasib Əliyev kənd barədə iclas iştirakçılarına geniş məlumat verdi. Eyni zamanda ərazi dairəsi üzrə icra nümayəndəsi kənddə görülən işlər, əhalini narahat edən problem və məsələlər barədə də ətraflı danışdı.
Daha sonra kənd sakinləri tərəfindən çıxışlar və təkliflər oldu.
1. Şirinova Nazilə Əkbər qızı yeni yaşayış massivinə qaz xəttinin çəkilməsi  təklifini irəli sürdü.
2. Əliyev Zirəddin Cəlal oğlu 1 ədəd subartezian quyusunun qazılmasını xahiş etdi.
3. Əsədova Türkan Əsəd qızı isə kənddaxili küçələrin cari təmiri  təklifini irəli sürdü.
Səyyar qəbulu yekunlaşdıran Samux RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş təkliflərə baxılması və həyata keçirilməsi üçün adiyyatı orqanların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi

Keçidlər