Samux rayonunda “8 Mart - Beynəlxalq Qadınlar Günü” qeyd edildi
07 mart 2016 | 16:00
Samux rayonunda 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir keçirildi.
Tədbiri giriş sözü ilə Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayev açdı. O,öz çıxışında qadınları “ 8 Mart Beynəlxalq Qadınlar Bayramı Günü” münasibəti ilə ürəkdən təbrik etdi və onlara ən xoş arzularını çatdırdı. Cənab Alı Qocayev qeyd etdi ki, Azərbaycan qadınına göstərilən yüksək dövlət qayğısının nəticəsidir ki, qadınlarımız ölkəmizin bütün sahələrində təmsil olunur.
Daha sonra tədbirdə iştirak edən qadınlara Samux Rayon İcra hakimiyyətinin başçısı tərəfindən bayram hədiyyələri təqdim olundu.