Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayon Heydər Əliyev Mərkəzində 8 mart Beynəlxalq Qadınlar günü münasibətilə “Heydər Əliyev və Azərbaycanda qadın siyasəti” adlı tədbir keçirilmişdir.

09 mart 2016 | 16:00

Samux rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycanda qadın siyasəti” adlı tədbir kecirildi. Tədbirdə Heydər Əliyev Mərkəzinin direktoru Aygün Həsənzadə, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Gəncə Regional Mərkəzin əməkdaşları Səbuhi Abbasov və Həmid Nəsirov, İcra Hakimiyyətinin nümayəndəsi Elnaz Cəfərova, Samux rayon “Fəal Qadınlar” Qadın İnkişaf İctimai Birliyının rəhbəri Samirə Ələkbərova və birliyin təsisçisi Xəzanə Orucova rayonun idarə və müəssisə heyətinin rəhbərləri, müəllimlər və gənclər iştirak etdi.

   Tədbiri Heydər Əliyev Mərkəzinin direktoru  Aygün Həsənzadə  giriş sözu ilə acıq elan edərək 8 mart Beynəlxalq  Qadınlar günü münasibətilə qadınları təbrik etdi. Çıxışında vurğuladı ki, qadın  ülvi, incə və çox güclü bir varlıqdır. Qadınlara hörmət hər bir insanın borcudur. Mən böyuk fəxr hissi ilə deyə bilərəm ki, Azərbaycanda qadına verilən dəyərin əsası ulu öndərimiz Heydər Əlıyev tərəfindən qoyulub və Azərbaycan prezidenti cənab İlham Əliyev, UNESCO və YUSESCO-nun xoşməramlı səfiri Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir.
    İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Gəncə Regional Mərkəzi üzrə rəhbəri Səbuhi Abbasov qadınların hüquq və azadlıqları, yerli və beynəlxalq hüquqları  haqqında məlumat verdi.
İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Gəncə Regional Mərkəzinin nümayəndəsi Həmid Nəsirov qadınlara qarşı zorakılığın yol verilməzliyi barədə ətraflı danışaraq qadınların hüquqlarından söz açdı.
  Samux rayon İcra hakimiyyətinin nümayəndəsi Elnaz Cəfərovada qadınlar üzərinə düşən öhdəliklər və onların həlli yolları haqqında iştirakçılarla fikir mübadiləsi apardı.
Samux rayonunda ilk qadın təşkilatı,  “Fəal Qadınlar” Qadın İnkişaf İctimai Birliyinın rəhbəri Samirə Ələkbərova çıxışında qeyd etdi ki, milli-mənəvi dəyərləri xalqımızın ən böyük sərvəti hesab edən Ulu Öndərimiz bu dəyərlərin qorunmasının vacib olduğunu bütün çıxışlarında dönə-dönə deyirdi. Müstəqil dövlətimizin ali sənədinin – Konstitusiyanın müəllifi olan Heydər Əliyev burada ailənin mahiyyətini, ailə üzvlərinin vəzifə və hüquqlarını da xüsusi maddələrlə müəyyən etmişdir. Eləcə də, 2000-ci ildə Ailə Məcəlləsinin qəbul olunması nəticəsində ailə üzvlərinin digər hüquq və vəzifələri ilə yanaşı, mülki hüquqları da təsbit olunmuşdur. Ailə üzvlərinin, xüsusilə ana və uşaqların sağlamlığının mühafizəsi çox önəmli məsələlərdir.
Ailədə zorakılığın aradan qaldırılması üçün hüquqi tədbirlər görülməli, ictimai qınaq olmalı, profilaktik  işlər həyata keçirilməlidir. Müəllimlər, ziyalılar, qadın siyasətçilər qadın zorakılığı adlanan bu bəlanın aradan qaldırılmasında əhəmiyyətli rol oynaya bilərlər. Bu istiqamətdə maarifləndirmə işlərinə böyük ehtiyac var.
İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Gəncə Regional Mərkəzinin nümayəndəsi Həmid Nəsirov qadınlara qarşı zorakılığın yol verilməzliyi barədə ətraflı danışaraq qadınların hüquqlarından söz açdı.
   “Fəal Qadınlar” Qadın İnkişaf İctimai Birliyinın rəhbəri  təsisçisi Xəzanə Orucova qadın azadlıqlığına yaradılan şərait haqqında  iştirakçılarla fikir mübadiləsinə qoşuldu.
  Tədbirdə 50 nəfər iştirak etdi.

Keçidlər