Şriftin ölçüsü :

Saytın rəngi :

“5 mart Bədən Tərbiyəsi və İdman Günü” münasibəti ilə sərbəst güləş idman növü üzrə Samux rayon açıq birinciliyi keçirildi.

07 mart 2016 | 16:00

Samux rayon Uşaq Gənclər İdman Məktəbinin güləş zalında “5 mart Bədən Tərbiyəsi və İdman Günü”  münasibəti ilə sərbəst güləş idman növü üzrə Samux rayon açıq birinciliyi keçirildi.  Açıq birincilikdə Bərdə, Mingəçevir, Şəmkir, Gəncə və Samux şəhər və rayon komandaları ümumilikdə 120 idmançı öz quvvə və bacarıqlarını ortaya qoydu. Samux rayon Gənclər və İdman İdarəsinin rəisi Rəşad Qarayev tədbiri açıq elan edərək bu bayram münasibəti ilə bütün idmançıları təbrik etdi və gələcək yollarında uğurlar arzuladı. Böyük maraqla qarşılanan bu yarışın nəticələrinə görə Samux komandası 20 kq çəki dərəcəsində Tağızadə Nihat (2-ci yer), 26 kq çəki dərəcəsində Məmmədov Elmir (3-cü yer), 29 kq çəki dərəcəsində Məmmədov Rəvan (3-cü yer), 32 kq çəki dərəcəsində Əliyev Ayxan (3-cü yer), 35 kq çəki dərəcəsində Həsənov Tural (3-cü yer), 38 kq çəki dərəcəsində Məmmədov Fərid (1-ci yer), 42 kq çəki dərəcəsində Səfərov Elnur (2-ci yer), 46 kq çəki dərəcəsində Abbasov Məhərrəm (2-ci yer), 50 kq çəki dərəcəsində İsgəndərov Nihad (2-ci yer), 55 kq çəki dərəcəsində İbrahimov İdris (3-cü yer), 69 kq çəki dərəcəsində Səlmanov Ziyadxan (3-cü yer), 69+ kq çəki dərəcəsində isə Məmmədov Tofiq (2-ci yer)-i tutaraq Samux rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla təltif olunmuşlar.

Keçidlər