Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayon əhalisinin tibbi müayinəsi davam etdirilir.

07 mart 2016 | 16:00

       Azərbaycan Respublikasının Prezidentinin tapşırığına və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin  “Azərbaycan Respublikası əhalisinin tibbi müayinələrdən keçirilməsi barədə” 01.02.2016-ci il tarixli 19-S sərəncamına əsasən fevral ayının 15-dən may ayının 15-dək ölkə əhalisinin tibbi müayinədən keçirilməsinə başlanılmışdır. Verilmiş sərəncama əsasən Samux rayon əhalisinin tibbi müayinədən keşirilməsi ilə əlaqdar Samux MRX-da təşkilati işlər görülmüş, həkim briqadası yaradılmış, yaşayış məntəqələrinə gediş qrafiki tərtib edilmişdir. Tibbi müayinənin keçirilməsinə başlanmış 15.02.2016-cı il  tarixindən hal-hazırki 56360 nəfər əhalisi olan Samux rayon əhalisinin 14114  (25%) nəfəri tibbi müayinədən keçirilmişdir. Müayinədən keçirilmiş əhali qrupunun 602   (4.3%) nəfərində müxtəlif xəstəliklər aşkar edilmiş müvafiq müalicələr təyin edilmişdir. Aşkar olunan xəstəliklər arasında uşaq xəstəlikləri 131 (22%) nəfərdə, terapevtik xəstəlikər 119 (20%) nəfərdə, endokrinoloji xəstəliklər 87 (15%) nəfərdə, oftolmoloji 55 (9%) nəfərdə, kardioloji xəstəliklər 46 (8%) nəfərdə, lor xəstəlikləri 38 (6%) nəfərdə, nevroloji xəstəliklər 29 (5%) nəfərdə üstünlük təşkil edir.
       Müayinə olunanlar arasında ilkin olaraq 19 xəstəlik aşkar edilmişdir. Onlardan  7 nəfərdə pediatrik, 1 nəfərdə kardioloji, 2 nəfərdə terapevtik, 1 nəfərdə  otolorinqoloq, 5  nəfərdə oftolmoloji, 1 nəfərdə onkoloji, 2 nəfərdə nevroloji xəstəlik aşkar edilmişdir. 
        Samux rayonu 35 yaşayış məntəqəsinin hal-hazırki vaxta kimi 15 yaşayış məntəqəsidə tibbi müayinə keçirilmişdir və 5 yaşayış məntəqəsində tibbi müayinə başa çatdırılmışdır.
        15.05.2016-cı il tarixə kimi davam etdiriləcək müayinəyə daha çox əhalinin cəlb edilməsinə  və müayinənin  mütəşəkkilliklə, keyfiyyətlə  həyata keçirilməsinə çalışacağıq.

Keçidlər