Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda əhalinin məşğulluğunun təmin olunması istiqamətində vakant yerlərin sayı artırılıb

04 mart 2016 | 16:00

Samuxda əhalinin məşğulluğunun təmin olunması istiqamətində vakant yerlərin sayı artırılması üçün rayon ərazisində fəaliyyət göstərən dövlət, özəl və sahibkarlıq subyektlərinə iş yerlərinin mərkəzə təqdim olunması üçün məktublar ünvanlanıb və müsbət nəticədə əldə olunub. Belə ki, 2016-cı ilin yanvar ayı ərzində Samux rayon Məşğulluq Mərkəzinə 207 vakant iş yeri təqdim olunub. Boş is yerləri əsasən dövlət müəssisələrinin payına düşüb. Daha çox işçi axtaranlar Dövlət Neft Şirkətinin yerli qurumları və Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Müəssisəsi olub. Təqdim olunan iş yerlərindən 197-nə müraciət edildiyindən müvafiq göndərişlər verilib. Həmin yerlər üzrə orta aylıq əmək haqqı 180 manat olub. 2015-ci il ərzində Samux rayon Məşğulluq Mərkəzinə 341 nəfər müraciət edib. Onlardan 202 nəfəri münasib işlə təmin olunub.
Xaliq Həsənov- Samux rayon Məşğulluq Mərkəzinin direktoru: “Müraciət edənlər çoxdur. 300 nəfərə yaxın vətəndaşa işə düzəlməsi üçün göndəriş verilib. SOCAR şirkətindən 89 nəfər, Mənzil Kommunal İstehsalat Birliyi Müəssisəsi tərəfindən 60 nəfər işlə təmin olunub. Qalan idarələrə isə 10-20 nəfər işə düzəlib”.

Keçidlər