Samux Rayon İcra Hakimiyyəti başçısının rayonun Tatlı kəndində səyyari görüşü keçirilmişdir.
Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Tatlı kənd sakinləri ilə növbəti səyyar qəbulu keçirildi. Görüşdə kənd sakinləri ilə yanaşı İcra Hakimiyyəti başçısının müavinləri, icra aparatının şöbə müdürləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Tatlı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Xəlilov Cavanşir kənd barədə iclas iştirakçılarına geniş məlumat verdi. Eyni zamanda ərazi dairəsi üzrə icra nümayəndəsi kənddə görülən işlər, əhalini narahat edən problem və məsələlər barədə də ətraflı danışdı.
Daha sonra kənd sakinləri tərəfindən çıxışlar və təkliflər oldu.
1. Hüseynov Rafil Əjdər oğlu Kənddaxili yolun cari təmiri təklifini irəli sürdü.
2. Əliyev Nizami Qoşun oğlu icarəsində olan 20 ha bağına kredit verilməsinə köməklik edilməsini xahiş etdi.
3. Qasımov Mehdi Zülfüqar oğlu küçələrin işıqlandırılmasının tamamlanması təklifini irəli sürdü.
Səyyar qəbulu yekunlaşdıran Samux RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş təkliflərə baxılması və həyata keçirilməsi üçün adiyyatı orqanların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi