Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda “Gənclik və Vətənpərvərlik” müvzusunda maarifləndirici seminar keçirilmişdir.

29 fevral 2016 | 16:00

29 fevral 2016-cı il tarixdə Samux rayon 3 saylı tam orta məktəbdə Samux rayon Gənclər və İdman İdarəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon Bölməsi ilə birgə,  tam orta məktəblərin hərbi hazırlıq müəllimlərinin iştirakı ilə “Gənclik və Vətənpərvərlik” müvzusunda maarifləndirici seminar keçirilmişdir. İlk öncə 11 mart 2016-cı il tarxdə keçiriləcək “Şahinlər” Hərbi-idman oyunu üzrə rayon birinciliyinin estafet hazırlığına baxış keçirilmişdir. Daha sonra məktəbin akt zalında gənclərin vətənpərvərlik ruhunda böyüdülməsi üçün bir sıra tədbirlərin həyata keçirilməsi müzakirə mövzusu olmuşdur. “Şahinlər” hərbi-idman oyununun rayon birinciliyində qarşıda duran problemlərin həlli müzakirə olunaraq hərbi-hazırlıq müəllimlərini maraqlandıran suallar cavablandırılmışdır.

Keçidlər