Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda idman yarışı keçirildi.

27 fevral 2016 | 16:00

27 fevral 2016 cı il tarixdə Samux rayon Uşaq Gənclər İdman Məktəbinin zalında “5 mart-Bədən Tərbiyəsi və İdman günü” münasibəti ilə Cüdo idman növü üzrə Samux rayon açıq birinciliyi keçirilmişdir. Birincilikdə  Samux rayon Uşaq Gənclər İdman Məktəbi,  Gəncə 1 saylı Uşaq Gənclər İdman Məktəbi,  Gəncə 2 saylı Uşaq Gənclər İdman Məktəbi,  Tovuz rayon komandaları olmaqla ümumilikdə 120 idmançı öz qüvvəsini sınamışdır. İdmançılarımızdan 38 kq çəki dərəcəsində Quliyev Amil, 42 kq çəki dərəcəsində Nurəliyev Allahverdi, 50 kq çəki dərəcəsində Məmmədov Faxrəddin,  60 kq çəki dərəcəsində isə Əsgərov Mahir bütün rəqiblərinə qalib gələrək Samux rayon Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif edilmişlər.

Keçidlər