Şriftin ölçüsü :

Saytın rəngi :

Samux şəhər S.Əliyev adına 2 saylı tam orta mətəbində Xocalı faciəsini 24 illiyinə həsr olunmuş tədbir keçirilmişdir

25 fevral 2016 | 16:00

25.02.2016-cı il tarixdə Samux şəhər  S.Əliyev adına 2 saylı tam orta mətəbində Xocalı faciəsini 24 illiyinə həsr olunmuş  “Xocalı Harayı” adlı başlığıyla  tədbir keçirilmişdir. Tədbirin məqsədi Xocalı soyqırımını təbliğ etmək, şagirdləri bu faciə ilə bağlı maarifləndirməkdir.
Tədbiri giriş sözü ilə məktəbin direktoru Əminə Cəfərova açaraq ,faciə haqqında  məlumat verdi. Soyqırımda həlak olanların xatirəsi bir dəqiqalıq sukutla anıldı.
Daha sonra  məktəbin müəllimələri Namazova Aidə,  Ələkbərova Sevil  Xocalı qətliamı, tarixən mənfur qonşularımızın başımıza gətirdiklərindən və o gecə baş verən, tarixə qanla yazılan bu səhifədən ətraflı məlumat verdilər.
Samux Rayon İcra Aparatının humanitar sahə üzrə şöbə müdiri Kəmalə Xəlilova tədbir iştirakçılarını Samux Rayon İcra Başçısı cənab Alı Qocayevin adından  salamlayaraq Xocalı qətliamı haqqında  ətraflı çıxış etdi. 
26.02.1992 ci il tarixində xocalı əhalisinin başına gətirilən müsibətləri, əzab əziyyətləri, dəhşətli işgəncələri şahidlərin gözü,dili ilə eşitməkçün gecənin şahidlərindən olan Samux rayon təhsil şöbəsi müavini Faiq Həsənov və qonaqladan Tələbə Qəbulu Dövlət Komisiyasının Gəncə Regional bölməsi sədri Məmmədov Nəsimi çıxış edərək o gecə yaşadıqları ağrı və acıları paylaşdılar. 
Sonra Heydər Əliyev Mərkəzini direktoru Aygün Həsənzadə şagirdlərin vətənpərvər ruhda tərbiyyə aldığı bu təhsil  ocağının  gördüyü işləri yüksək qiymətləndirərək çıxış etdi.
Daha sonra tədbir məktəblilərin hazırladığı şerlər, mahnılar və kompazisiyalarla davam etdi. Tədbir məktəbin birincilərinin hazirladıgı  ,,Əsgər gedirəm,, kompazisiyası ilə yekunlaşdı.

Keçidlər