Samux Rayon Qarayeri qəsəbəsində “Dövlət - din münasibətləri milli mənəvi dəyərlərimizin qorunması, tolerantlıq və multikultural ənənələrin inkişafı” mövzüsunda tədbir keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə olduğu kimi , dövlət-din münasibətləri sahəsində də ölkəmizdə uğurlu siyasət aparılır. Azərbaycanda dövlət-din münasibətlərini tənzimləyən kifayət qədər qanun və hüquqi-normativ aktlar qəbul edilmişdir.
Dövlət-din münasibətləri tənzmlənməsi mexanizmi mövzusunda respublikamızın bütün bölgələrində, o cümlədən samux rayonunda geniş tədbirlər keçirilir ki, onlardan da biri bu gün “Dövlət-din münasibətləri, milli mənəvi dəyərlərimizin qorunması, tolerantlıq və multikultural ənənələrin inkişafı” mövzusunda qarayeri qəsəbəsində keçirilən dəyimi masadır. Dəyirmi masada qəsəbə gəncləri, yuxarı sinif şagirdləri iştirak edirdi.
Dəyirmi masada Samux Rayonu İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini - Dini qurumlarla işin təşkilatçısı Elnaz Cəfərova çıxış edərək qeyd etdi ki, dini radikalizm və ekstremizə qarşı mübarizədə gənclər arasında, yuxarı sinif şagirdləri arasında maarifləndirmə tədbirlərinin mütəmadi davam etdirilməsi vacib məsələlərdən biridir. Məhz bu səbəbdəndə yerlərdə tədbirlər, seminarlar, dəyirmi masalar,kecirilir .Televiziyalar, mətbuat yayımı bu sahədə maarifləndirmə işləri aparır.
Natıq daha sonra vurğuladı ki, müasir dövrdə Azərbaycanın dünya xalqları sırasında öz layiqli yerini tutması və milli mənəvi dəyərlərimizin qorunmasında, xüsusilədə tolerantlığın və multikultural ənənələrin inkişaf etdirilərək bütün dünyaya çatdırılmasında Ümummilli lider Heydər Əliyevin siyasi kursunun davamçısı prezident İlham Əliyevin xidmədləri misilsizdir. Digər sahələrdə olduğu kimi, din sahəsində də dövlətin həyata keçirdiyi siyasət uğurla davam edir. Azərbaycanda dövlət-din münasibətlərini tənzimləyən kifayət qədər qanun var və bu qanunlara uyğun da dövlətin siyasəti, vətəndaşların hüququ təmin edilir. Dünyada və Azərbaycanda son dövrlər baş verən hadisələr dini ekstremizmlə mübarizəni zəruri edir. Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən zəruri tədbirlər həyata keçirilmişdir. “Dini ekstremizmə qarşı mübarizə haqqında ” yeni qanun qəbul edilmiş, bəzi qanunlara dəyişikliklər edilmişdir.
“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 04.12.2015-ci il tarixində prezident cənab Ilham Əliyev sərəncam imzalayıb. Qanunda qeyd olunur ki, dini ekstremist fəaliyyətdə iştirak edən şəxslər Cinayət, İnzibati Xətalar və Mülki məcəllələrlə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “Dini etiqad azadlığı haqqında” Qanunda dəyişiklikləri də radikalizmin təbliğinə qarşı mübarizədə qabaqlayıcı xarakterli dəyişikliklər kimi qəbul etmək olar. Orada qeyd olunur ki, ibadətgahlardan kənarda, ictimai yerlərdə dini şüarların və digər dini atributların nümayiş etdirilməsi qadağandır. Bundan başqa, İslam dininə aid olan ayin və mərasimlər yalnız Azərbaycan Respublikasının vətəndaşları tərəfindən həyata keçirilə bilər. Xaricdə dini təhsil alan Azərbaycan vətəndaşlarının İslam dininə aid ayin və mərasimləri aparması yolverilməzdir. Bu dəyişikliyin tətbiqi yaxın gələcəkdə dini radikalizmin təbliğini qarşısının alınmasına gətirib çıxaracaq.
Cinayət Məcəlləsinə edilən əlavəyə əsasən, İslam dininə aid ayin və mərasimlərin xaricdə dini təhsil alan Azərbaycan vətəndaşı tərəfindən aparılmasına görə min manatdan beş min manata qədər cərimə və ya bir ilədək müddətdə azadlıqdan məhrumetmə cəzası tətbiq olunacaq. Əcnəbi və vətəndaşlığı olmayan şəxs tərəfindən dini təbliğat aparılarsa, həmin şəxslər bir ildən iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq. Bu hal təkrar və ya qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə həmin şəxslər iki ildən beş ilədək müddətə azadlıqdan məhrum ediləcəklər. Heç kimə sirr deyil ki, Nardarandakı hadisələrdə uşaqların iştirakı aktiv müşahidə edilmişdir. Onların məhz yanlış təbliğat nəticəsində dərsdən yayınma, zərərli dini ekstremist baxışların aşılanaraq onlara yeridilməsi ilə qarşılaşmışlar. Bu da son nəticədə gələcəyimiz olan uşaqların mənəviyyatın qorunmasını vacib etmişdir.
“Polis haqqında” Qanuna təklif olunan düzəlişə əsasən isə terrorçuluq və ya dini ekstremizm, yaxud dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsi ilə bağlı cinayətlərin qarşısı alındıqda polis tərəfindən fiziki qüvvənin, xüsusi vasitələrin və ya odlu silahın tətbiqinə icazə verilir.
Ümumiyyətlə, dini etiqad azadlığı həyata keçirilən zaman zorakılıq halları, polisə silahlı müqavimət östərmə və silahdan istifadə qeyri-mümkündür. Bu, açıq-aşkar dini etiqad azadlığının həyata keçirilməsi yox, ictimai asayişin pozulmasıdır.
Azərbaycan Konstitusiyasının 48-ci maddəsində hər kəsin vicdan azadlığına malik olması, hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ təsbit olunmuşdur. Lakin həmin maddinin növbəti bəndlərində məhdudlaşdırıcı müddəalar da nəzərdə tutulub ki, bu da din azadlığının mütləq xarakter daşımadığı anlamına gəlir. Belə ki, həmin maddəyə əsasən dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd deyildirsə, sərbəstdir. Eyni zamanda dini etiqad və ya əqidə hüquq pozuntusuna bəraət qazandırmır. Heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz.
Prezident İlham Əliyev Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması məqsədilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edilməsi haqqında Sərəncam imzalayıb. Azərbaycanda dini azadlıq, müxtəlif dini konfessiyaların birgə yaşayışı mövcuddur. Bu gün Azərbaycan əhalisinin 96 faizi İslam dininə ibadət edir, 4,0 faizi isə digər dinlərə mənsubdur. Samux rayonunda isə əhalinin 99,84 faizi islam dininə ibadət edir, 0,16 faizi isə digər dinlərə mənsubdur. - Ölkə ərazisində 2054 məscid, 748 pir və ziyarətgah 13 kilsə, 7 sinaqoq fəaliyyət göstərir. Rayonumuzda isə 1 məscid 2 ziyarətgah fəaliyyət göstərir.
Multikulturalizm elə bir siyasətdir ki, o, mədəni plüralizmi qəbul edir və onun inkişafına şərait yaradır. Bu, ölkə əhalisinin etnik irqi və dini müxtəlifliyindən asılı olmayaraq, onların hamısının hüquq və azadlıqlarına hörmətlə əlaqədardır. Multikultural cəmiyyətdə hər bir vətəndaş öz mədəniyyətini, dilini, ənənəsini, etnik və dini dəyərlərini inkişaf etdirmək, ana dilində məktəb açmaq, qəzet və jurnal dərc etdirmək sahələrində bərabər hüquqlara malikdir. Multikulturalizm siyasəti assimilyasiyanı inkar edən inteqrasiyaya aparır. Məhz buna görə də bu siyasəti təkcə siyasi elita deyil, eyni zamanda millətin yüksək vəzifə tutmayan digər nümayəndələri ilə yanaşı həm də milli və dini azlıqlar da dəstəkləyirlər.
Tədbirdə RİHB aparatının İctimai – siyasi və humanitar məsələlər şöbəsinin Baş məsləhətçisi Azər Əhmədov, RİHB-nin Qarayeri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məftun Yusifov, Qarayeri bələdiyyəsinin sədri Nizami Ələsgərov, Qarayeri qəsəbə 1 saylı məktəb-liseyin direktoru Bəsti Mahmudova, qəsəbə 1 saylı uşaq bağçasının müdiri Mahirə Məmmədova tədbirdə çəxış etdilər. Tədbirin sonunda gənclərin və şagirdlər maraqlandıran suallara cavab verildi.