Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyətinin Başçısı vətəndaşların növbəti fərdi qaydada qəbulunu keçirdi

25 fevral 2016 | 16:00

Samux  Rayon İcra Hakimiyyətinin Başçısı cənab Alı Qocayevin  başçılığı ilə vətəndaşların növbəti fərdi qaydada qəbulu keçirilmişdir.
Qəbulda rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçiləri, hüquq mühafizə orqanları, aidiyyatı idarə, təşkilat, xidmət sahələrinin rəhbərləri, İnzibati Ərazi Dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak etmişlər.
Vətəndaşların qəbulu saat 10:00-da başlamış, qəbula yazılmış 13 nəfər vətəndaşın müraciəti dinlənilmişdir. Onlardan 1 nəfəri subartezianla bağlı , 1 nəfər işlə təmin olunması ilə bağlı,  1 nəfər  sosial yardımla bağlı,1 nəfər daşınmaz əmlakla bağlı, 1 nəfər səhiyyə ilə bağlı,1 nəfər elektrik enerjisinin verilməsi ilə bağlı,1 nəfər təbii qazın verilməsi ilə bağlı,1 nəfər təhsil ilə bağlı,1 nəfər məhkəmənin qərarı ilə bağlı,1 nəfər bank ilə əlaqədar   və 3 nəfər isə torpaqla bağlı  müraciət etmişdirlər. Dinlənilmiş müraciətlərdən 3 müraciət yerindəcə həll edildi, digər müraciətlər isə nəzarətə götürülmüş və qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyatı qurumların rəhbərlərinə və məsul şəxslərə tapşırıqlar verilmişdir

Keçidlər