Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon Qarayeri qəsəbəsində Xocalı faciəsinin 24-cü il dönümü münasibəti ilə “ Xocalı Harayı “ başlığı altında tədbir keçirildi.

25 fevral 2016 | 16:00

24.02.2016-cı ildə Qarayeri qəsəbəsində Xocalı faciəsinin 24-cü il dönümü münasibəti ilə “ Xocalı Harayı “ başlığı altında tədbir keçirildi.  Tədbir İdarə və Təşkilat rəhbərlərinin qəsəbə şəhidlərinin qəbirlərini ziyarət etməklə başladı. Tədbir Qarayeri qəsəbə mədəniyyət evində davam etdirildi.
Tədbiri giriş sözü ilə Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Məftun Yusifov açıq elan etdi.  Şəhidlərin Ruhu bir dəqiqəlik sükutla yad edildi. Tədbir Azərbaycan Respublikasının Himni ilə başladı .Tədbirdə Qarayeri qəsəbə uşaq musiqi məkdəbinin, 1 saylı məktəb-liceyin və 2 saylı tam orta məkdəbin şagirdlərinin hazırladıqları kompozisiyalar tədbir iştirakçılarına təqdim edildi. Qarayeri qəsəbə kitabxanasının hazırladığı “Xocalı Harayı” başlığı altında sərgi tədbir iştirakçılarına təqdim edildi. Xocalı Soyqırımı Xalqımızın taleyinə Qanla yazılmış tarixdir. Bu Qanla yazılmış tarixi heç zaman unutmayacayıq.
Allhadan bütün Şəhidlərimizə Rəhmət diləyirik!

 

Keçidlər