Bədən tərbiyəsi və idman günün qeyd edilməsi
Samux rayonunda 05 mart 2013-cü il tarixində Samux rayon İcra Hakimiyyətinin konfrans zalında Bədən tərbiyəsi və idman gününə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayev, İHB-ı aparatının kollektivi , Gənclər və İdman idarəsinin rəisi və bir qrup idmançılar iştirak etmişlər.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayev çıxış edərək 05 mart “Bədən tərbiyəsi və İdman günü ” münasibətilə bu sahədə çalışan hər bir kəsi təbrik etdi və onlara Azərbaycan dövlətçiliyinin inkişafı, qorunması üçün hər zaman vətənə layiqli vətəndaş olmağı arzuladı.
İcra başçısı onu da qeyd etdi ki, uluöndər Heydər Əliyev Azərbaycanda idman və bədən tərbiyəsi sahəsinin inkişafına, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verirdi, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirirdi. Bu günü həmin diqqət və qayğı Heydər Əliyev ideyalarının layiqli davamçısı cənab Prezidentimiz İlham Əliyev tərəfində uğurla həyata keçirilir.