Samux Rayon İcra Hakimiyyəti başçısının rayonun Ziyadlı kəndində səyyari görüşü keçirilmişdir.
Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Ziyadlı kənd sakinləri ilə növbəti səyyar qəbulu keçirildi. Görüşdə kənd sakinləri ilə yanaşı İcra Hakimiyyəti başçısının müavinləri, icra aparatının şöbə müdürləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Ziyadlı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Qəmbərov Kəpəz kənd barədə iclas iştirakçılarına geniş məlumat verdi. Eyni zamanda ərazi dairəsi üzrə icra nümayəndəsi kənddə görülən işlər, əhalini narahat edən problem və məsələlər barədə də ətraflı danışdı.
Daha sonra kənd sakinləri tərəfindən çıxışlar və təkliflər oldu.
1.İbrahimov İbrahim Abbas oğlu əkin sahəsinin suvarılması üçün 1 ədəd subartezian quyusunun vurulması təklifini irəli sürdü.
2. Yusifov Cavanşir Əlibaba oğlu işlə təmin olunmasını xahiş etdi.
3. Quliyev Qoşun İsrafil oğlu əkin sahələrinə ziyan vuran gəmiricilərə qarşı dərmanların verilməsi təklifini irəli sürdü.
4. Abbasov Qəzənfər Müqabil oğlu isə sahibkarlıqla məşğul olduğu fərdi istixanasına verilən təbii qazın dəyərinin mərhələli şəkildə ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir.
Səyyar qəbulu yekunlaşdıran Samux RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş təkliflərə baxılması və həyata keçirilməsi üçün adiyyatı orqanların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi