Samux rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Gəncə Regional Nümayəndəliyinin Xocalı soyqrımının 24-cü ili ilə əlaqədar tədbir keçirdi.
Samux rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Gəncə Regional Nümayəndəliyinin Xocalı soyqrımının 24-cü ili ilə əlaqədar tədbir keçirdi.
Tədbirdə Samux rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Gəncə Regional Nümayəndəliyinin , Samux rayon Heydər Əliyev Mərkəzinin nümayəndələri, Samux rayon üçumtyəhsil məktəblərinin müəllim və şagird kontingenti iştirak edirdi.
Tədbiri giriş sözü ilə acıq elan edən Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Aygün Həsənzadə ilk olaraq qonaqları salamladi. Sonra mənfur düşmənlərimiz ermənilərin əsrlər boyu Azərbaycanın başına gətirdiyi bəlalardan,Xocalı soyqrımından danışdı.
Xocalı soyqrımında həlak olmuş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə Azərbaycan Respublikasının Gəncə İnsan Hüquqları üzrə rəhbəri Səbuhi Abbasov və digər əməkdaşı Həmid Nəsirov cıxış edərək erməni qəsbkarları tərəfindən törədilən bu kütləvi insan qırğını ağlasığmaz qəddarlığı və işgəncələri ilə birmənalı olaraq,genosid faktdir deyə söylədi. Belə ki, beynəlxalq hüquqa əsasən genosid ən ağır cinayətlərdəndir, genosidin hüquqi əsası bir sıra sənədlərdə öz əksini tapmışdır. BMT Baş Məclisinin 1946-ci il 11 dekabr tarixli (ı) saylı qətnaməsində qeyd olunur ki, genosidinsan hüquqlarını pozmaqla insan mənliyini təhqir edir, bəşəriyyəti insanlar tərəfindən yaradılan maddi və mənəvi dəyərlərdən məhrum edir, BMT-nin məqsəd və vəzifələrinə, ümumbəşəri dəyərlərlə tamamilə ziddir və sivil dünya tərəfindən pislənir. Azərbaycana qarşı təcavüz zamanı adı cəkilən Konvensiyada təsbit olunmuş genosid cinayətini təşkil edən bütün əməllər tətbiq olunmuşdur. Lakin təəsüf ki, Azərbaycanda dinc əhaliyə qarşı belə dəhşətli soyqrımı aktları həyata kecirilməsinə baxmayaraq, bu faktlar, o cümlədən Xocalı soyqrımı beynəlxalq aləmdə hələ də öz lazımı qiymətini almamış, bu hadisəni planlaşdıranlar, təşkil edənlər və törədənlər məsuliyyətə cəlb edilməmiş, layiqli cəzalarını almamış və bu istiqamətdə hər hansı bir tədbir görülməmişdi
Tədbirin gedişində Samux rayon İcra hakimiyyətinin nümayəndəsi Zakir Rzayev, Samux rayon Təhsil şöbəsinin müdir müavini Faiq Samux rayon Heydər Əliyev Mərkəzinin böyük elmi işcisi Samirə Ələkbərova,ekskursiyacısi Raziyə Qasımova Xocalı soyqrımı haqqında iştirakciılarla öz təsüratlarını bölüşdülər. Gəncləri vətənpərvərliyə səslədiıər və cıxışı zamanı Ombudsman aparatının rəhbərliyinə öz fikir və təkliflərini söylədilər.
Tədbirdə ümumilikdə 63 nəfər iştirak etdi.