Şriftin ölçüsü :

Saytın rəngi :

TƏDBİR

19 fevral 2016 | 16:00

19.02.2016-cı il tarixdə saat 10.00-da  Samux rayon Yeni Azərbaycan Partiyasının inzibati binasında  İcra Hakimiyyəti Başçısının iştirakı ilə müşavirə keçirilmişdir. İclasda Apelasiya Şurasının üzvləri, Qərargah üzvləri, sahibkarlar,  icra nümayəndələri və bələdiyyələr iştirak edirdilər. İclasa giriş sözü ilə rayon İH-nin başçısı cənab Alı Qocayev başladı. O, çıxış edərək ölkədə və rayonumuzda sahibkarlığa yaradılmış münbit şəraitdən danışdı. Apelyasiya şurasının vacibliyindən danışaraq bu qurumun sahibkarların hüquqlarının müdafiəsinə xidmət göstərən bir kollegial orqan olduğuna diqqət yetirdi. Daha sonra Samux rayon İcra Hakimiyyətində yaradılmış Apelasiya şurasının sədri Qəzənfər  Əliyevə söz verildi. Q.Əliyev çıxış edərək Apelyasiya şurasının əsasnaməsi ilə iclas iştirakçılarını tanış etdi. Eyni zamanda şuranın tərkibi haqqında məlumat verdi. Daha sonra problem və təkliflərini söyləmək üçün söz sahibkarlara verildi. Sahibkarların təklif və fikirləri dinlənildi.

Keçidlər