Samux Rayon İcra Hakimiyyətinin Başçısı vətəndaşların növbəti fərdi qaydada qəbulunu keçirdi.
Samux Rayon İcra Hakimiyyətinin Başçısı cənab Alı Qocayevin başçılığı ilə vətəndaşların növbəti fərdi qaydada qəbulu keçirilmişdir.
Qəbulda rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçiləri, hüquq mühafizə orqanları, aidiyyatı idarə, təşkilat, xidmət sahələrinin rəhbərləri, İnzibati Ərazi Dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak etmişlər.
Vətəndaşların qəbulu saat 10:00-da başlamış, qəbula yazılmış 17 nəfər vətəndaşın müraciəti dinlənilmişdir. 4 nəfər sosial yardımla bağlı, 3 nəfər işlə təmin olunması ilə bağlı, 1 nəfər məhkəmənin qərarına narazılığı ilə bağlı, 2 nəfər evinin təmiri ilə bağlı, 1 nəfər tikinti ilə bağlı, 2 nəfər təbii qazın verilməsi ilə bağlı, 2 nəfər elektrik enerjisi ilə bağlı, 1 nəfər sənədləşmə ilə bağlı və 1 nəfər isə işinin ixtisarı ilə bağlı müraciət etmişdirlər. Dinlənilmiş müraciətlərdən 8 müraciət yerindəcə həll edildi, digər müraciətlər isə nəzarətə götürülmüş və qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyatı qurumların rəhbərlərinə və məsul şəxslərə tapşırıqlar verilmişdir