Samux Rayon İcra Hakimiyyəti başçısının rayonun Yenikənd kəndində səyyari görüşü keçirilmişdir.
Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Yenikənd kənd sakinləri ilə növbəti səyyar qəbulu keçirildi. Görüşdə kənd sakinləri ilə yanaşı İcra Hakimiyyəti başçısının müavinləri, icra aparatının şöbə müdürləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Yenikənd kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi kənd barədə iclas iştirakçılarına geniş məlumat verdi. Eyni zamanda ərazi dairəsi üzrə icra nümayəndəsi kənddə görülən işlər, əhalini narahat edən problem və məsələlər barədə də ətraflı danışdı.
Daha sonra kənd sakinləri tərəfindən çıxışlar və təkliflər oldu.
1. Əliyev Fikrət Yenikənd su anbarından yeni çəkilən su xəttindən pay torpaqlarının suvarılması üçün suyun verilməsinə köməklik olunmasını xahiş etdi.
2. Məmmədov Cəmil Şor Kanalının təmizlənməsi təklifini irəli sürdü.
3. Əliyev Orxan isə kənddaxili yolların qum çınqıl verilib hamarlanması xahiş etdi.
Səyyar qəbulu yekunlaşdıran Samux RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş rəy və təkliflərə baxılması üçün adiyyatı orqanların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi
Qəbul zamanı kənd də imkansız ailələrə və Qarabağ muharibəsi iştirakçılarına rayon rəhbərliyi adından qaz sobaları hədiyyə edildi.