Samux rayonunda Qadınların konfransı
04.03.2013-cü il tarixdə Samux rayon İcra Hakimiyyətinin Akt zalında Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi və Samux rayon İcra Hakimiyyəti ilə birgə Azərbaycan Qadınlarının IV Qurultayına hazırlıq mərhələsində Samux rayon Qadınlarının Konfransı keçirildi.
Samux rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayev konfransı açaraq Azərbaycan qadının ölkəmizin ictimai – siyasi həyatındakı rolundan danışdı.
Natiqlər çıxışında Azərbaycan qadını öz iradəsi və mərdliyi, saflığı və sədaqəti ilə cəmiyyətimizin həyatında xalqımızın milli mənəvi dəyərlər sisteminin formalaşmasında müstəsna rol oynamışdır. Müxtəlif beynəlxalq təşkilatlar qadın hüquqlarının müdafiəsinə, qadınların cəmiyyətdə daha çox yer almasına hakimiyyət strukturunda təmsil olunmasında yönümlü təbliğatlar aparır.
Heydər Əliyev siyasi xəttinin bərqərar olduğu zamanlarda qadınlarımızın hüquqlarının qorunması, onların cəmiyyətin bərabərhüquqlu üzvü olması üçün mümkün olan bütün işlər görülmüşdür və bu iş hal-hazırda möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında da layiqincə yerinə yetirilir.
YAP-nın Samux rayon təşkilatının qadınlar şurasının sədri K.Xəlilova da Dövlət qadın siyasətinin həyata keçirilməsi barədə məruzəsində Samux qadınlarının ölkəmizin ictimai – siyasi həyatındakı önəmli rolundan geniş danışdı.
Eyni zamanda millət vəkili Məlahət İbrahimqızı çıxışında Azərbaycan qadınlarının iqtisadi müstəqilliyinə toxunaraq onların iqtisadiyyatın müxtəlif sahələrində geniş imkanlarının olduğunu qeyd etdi .
Tədbirdə eyni zamanda Qadınlar Konfederasiyasının sədri Arzu Əliyeva, Samux rayon İHB-ı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Rəfiqə Mahmudova da çıxış etdilər.
Sonra təşkilatı məsələyə baxıldı. Rayonda müəyyən edilmiş normaya uyğun olaraq Azərbaycan Qadınlarının IV qurultayında iştirak etmək üçün 10 nəfər nümayəndə seçildi.