Samux rayon İcra Hakimiyyəti başçısının 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirildi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dünyada və ölkəmizdə baş verən iqtisadi prosesləri geniş təhlil etmiş və qarşıda duran vəzifələri müəyyənləşdirmişdir.
2015-ci ildə ölkə iqtisadiyyatında kifayyət qədər artım olmuşdur. Belə ki, ötən illə müqayisədə:
- Ümumi daxili məhsul 1,0 faiz artmışdır.
- Sənayedə- 2,4 faiz;
- Qeyri neft sektorunda 8,4 faiz;
- Aqrar bölmədə 6,6 faiz artım olmuşdur.
Dövlət proqramının uğurlu icrası nəticəsində regionlarda əvvəllər olduğu kimi əhalinin məşğulluğu sahəsində əsaslı irəlləyişlər olmuşdur. 84 mini daimi olmaqla, 100 mindən çox yeni iş yeri açılmışdır.
Göründüyü kimi, dünyada davam edən sərt iqtisadi və maliyyə böhranına baxmayaraq, bu ildə Azərbaycanda infrastruktur layihələrinin reallaşdırılması, ölkə iqtisadiyyatının neftdən asılılğının azaldılması, eləcə də əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində böyük işlər görülmüşdür.
Heç şübhəsiz, dövlət başçısı cənab İlham Əliyevin 2016-cı ilin əsas prioritetlərini açıqlaması və bununla bağlı müvafiq qurumlara konkret tapşırıqlar verməsi deməyə əsas verir ki, Azərbaycan qlobal iqtisadi böhranın sərt sınaqlarından bu dəfə də üzüağ çıxacaqdır.
2015-ci il rayonumuz üçün də uğurlu olmuş, rayonda geniş tikinti – quruculuq, abadlıq işləri həyata keçirilmişdir.
2015-ci ilin sosial-iqtisadi inkişafın əsas iqtisadi göstəricilərinin təhlili bunu deməyə əsas verir.
- Ümumi məhsul buraxılışının həcmi 97,9 milyon manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövründəkindən 1,5 faiz çoxdur.
- Sənaye məhsulunun həcmi 16,2 faiz;
- Pərakəndə əmtəə dövriyyəsi 11,3 faiz,
- Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 26,0 faiz artmışdır.
Əhalinin məşğulluğu yenə də diqqət mərkəzində saxlanılmış və sahibkarlara yaradılan münbit şəraitin nəticəsidir ki, hesabat dövründə 686-sı daimi olmaqla 746 yeni iş yeri yaradılmışdır. Hazırda yeni iş yerlərinin açılması və ictimai işlərin təşkili istiqamətində işlər aparılır.
Yaradılmış yeni iş yerlərindən 200-ü Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayon sahibkarlarına 110 layihə üzrə verdiyi 1426,2 min manat güzəştli kreditin hesabınadır.
Hesabat dövründə rayonda geniş tikinti-quruculuq işləri aparılmışdır.
İnşasına keçən il başladığımız, hər biri 100 yerlik iki körpələr evi-uşaq bağçasında işlər tam başa çatdırılmış, hər iki bağça bütün lazımi inventar və avadanlıqlarla təmin olunaraq, istifadəyə tam hazır vəziyyətə gətirilmişdir.
Şəhərin Heydər Əliyev prospektində və 11 küçəsində yenidənqurma işləri aparılmışdır.
3 saylı şəhər uşaq bağçasının həyətində bir sıra tikinti, abadlıq işləri görülmüşdür.
Ziyadlı və Qovlarsarı kəndlərində tibb məntəqəsinin yeni binası istifadəyə verilmişdir.
Qovlarsarı kəndində yeni mini stadion istifadəyə verilmiş, məktəbin idman zalı müasir avadanlıqlarla təmin olunmuşdur.
Rayon Telekommunikasiya Qovşağının inzibati və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Samux Rayon İdarəsinin inzibati - laboratoriya binasının tikintisi tam başa çatmışdır.
Rayon iqtisadiyyatının inkişafında və əhalinin məşğulluğunun təmin olunmasında mühüm rol oynayacaq Sarıqamış kəndi ərazisində yaradılan iribuynuzlu mal-qara üçün nəzərdə tutulmuş “Boz dağ” heyvandarlıq kompleksinin və “Aqroenerji” kompleksinin tikintisində işlər davam etdirilir. Heyvandarlıq kompleksində saxlanılan cins mal-qaranın baş sayı hazırda 2945 başa çatdırılmış. Ay ərzində 954,0 ton süd istehsal olunur.
Rayonda 5000 hektar sahədə taxılçılıq kompleksinin yaradılması istiqamətində işlər aparılır. Hazırda bu məqsədlə “AQRO DAİRY” Məhdud Məsuliyyətli Cəmiyyət üçün müvafiq yer ayrılmış və Cəmiyyət tərəfindən təsərrüfatda çalışacaq maşın-mexanizmlər gətirilmişdir. Həmin sahənin suvarılma sisteminin qurulması “Abkon” şirkəti tərəfindən icra edilir.
Burunqovaq kəndində əkin və örüş sahələrini mütamadi subasmalarının qarşısının alınması məqsədi ilə 1,1 km uzunluğunda yeni kanal çəkilərək Qabırrı çayının istiqaməti dəyişdirilmişdir.
Əhalinin təbii qazla təminatının yaxşılaşdırılması istiqamətində də müəyyən işlər görülmüşdür. Hal-hazırda rayonun 29 yaşayış məntəqəsində və ya 82,5 faizində mavi yanacaqdan istifadə olunur. Hesabat ilində Yenikənd və Lüksemburq kəndlərində qaz xətlərinin çəkilişi tam başa çatdırılmış və 23.12.2015-ci il tarixdə hər iki kəndin əhalisinə təbii qaz verilmişdir. Qırmızı Samux qəsəbəsində daxlili qaz xətlərinin çəkilişi davam etdirilmişdir. Sonra Eldar zonasında 5 kəndin təbii qazla təmin olunmasına başlanacaqdır.
Qeyd etməliyəm ki, görülmüş işlərlə yanaşı qarşımızda görüləcək işlər də vardır:
- ilk növbədə hesabatda qeyd edilən tikinti - quruculuq işlərinin qısa müddətdə başa çatdırılmasıdır;
- bununla bərabər Samux şəhər - Füzuli - Lək - Əlibayramlı - Qarabağlar - Çobanabdallı – Samux şəhər dairəvi avtomobil yolunun qalan hissəsinin də çəkilişinə nail olmalıyıq.
- şəhərin küçələrinin yenidən qurulması və kəndlərarası yolların əsaslı təmiri də əsas hədəflərimizdəndir və bu sahədə müvafiq işlər aparılır;
- rayon mərkəzinin və ətraf yaşayış məntəqələrinin kanalizasiya və mərkəzləşdirilmiş içməli su sisteminin qurulmasının reallaşması istiqamətində də işlər aparılır;
- Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması da diqqət mərkəzindədir;
- qarşımızda duran ən vacib məsələlərdən biri də rayon iqtisadiyyatının daha da genişləndirilməsi və əhalinin məşğulluğunun tam təmin olunması üçün yeni istehsal və emal müəssisələrinin yaradılmasını təmin etməkdən ibarətdir.
Ölkə başçısı tərəfindən 2016-cı ilin “ Multikulturalizm ili” elan edilməsi də qarşımızda yeni vəzifələr qoyur. Rayonda multikultural ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması istiqamətində müvafiq işlər görülməlidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qarşıya qoyulan ən vacib məsələlərdən biridə, hazırkı iqtisadi çətinliklər dövründə əhalinin məşğulluğunun təmin olunmasıdır.
Ölkə başçısını tapşırığı əsasında rayon əhalisinin işlə təmin olunması istiqamətində müvafiq işlər aparılmışdır. Belə ki, bütün sahələr üzrə vakansiyalar müəyyən edilmiş, yeni iş yerləri açılmışdır.
2016-c- ilin fevral ayının 1-dən rayon üzrə 312 yeni iş yeri açılmışdır ki, onlardan:
- İcra hakimiyyətinin tabeliyində olan müəssisələrdə - 124
- Suvarma Sistemləri İdarəsində - 19
- Qaz İstismar Sahəsində - 70
- 6 saylı Gəncə Yol Sahəsində - 20
- 30 saylı Yol İstismarı MMC-də - 19
- Su Kanal İdarəsində - 8
- Elektrik Şəbəkəsində - 10
- İlqar MR MMC-də - 10
- “Abkon” tikinti şirkətində - 20
- “Ulduz - 11” KFT-da - 7
- “AQRO DAİRY” MMC-də - 5
10 fevral 2016-cı il tarixinə açılmış iş yerlərindən 298-nə rayon Məşğulluq Mərkəzi tərəfindən iş axtaralara göndəriş verilmiş və onlar işlə təmin olunmuşdur. Göndərişlərin verilməsi davam etdirilir.
Hazırkı dövrə rayon üzə 49 vakant iş yerləri vardır. Onlardan 36-sı səhiyyə müəssisələrində, 11-i təhsil müəssisələrində, 2-si isə mədəniyyət sahəsindədir.
Sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı tərəfimiz həyata keçirilən tədbirlər hesabına yaxın vaxtlarda daha 270 yeni iş yerlərinin açılması gözlənilir. Bunlardan 120-si Samux dəri emalı fabrikində, 150-si isə “AQRO DAİRY” MMC-də nəzərdə tutulur.
Bununla bərabər 2 min hektar sahədə kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün 12,0 milyon manat və 25 min ton kartofun yetişdirilməsi üçün 5,0 milyon manat investisiyanın ayrılması Dövlət İnvestisiya Proqramına salınmışdır. Bu da öz növbəsində yüzlərlə iş yerinin açılmasına imkan verəcəkdir.
Rayonda xalça sexinin açılması və arıçılıgın inkişaf etdirilməsi də nəzərdə tutulur.