Samux Rayon İcra Hakimiyyəti başçısının rayonun Lək kəndində səyyari görüşü keçirilmişdir.
Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Lək kənd sakinləri ilə növbəti səyyar qəbulu keçirildi. Görüşdə kənd sakinləri ilə yanaşı İcra Hakimiyyəti başçısının müavinləri, icra aparatının şöbə müdürləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Samux şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi kənd barədə iclas iştirakçılarına geniş məlumat verdi. Eyni zamanda ərazi dairəsi üzrə icra nümayəndəsi kənddə görülən işlər, əhalini narahat edən problem və məsələlər barədə də ətraflı danışdı.
Daha sonra kənd sakinləri tərəfindən çıxışlar və təkliflər oldu.
1. Namazov İsmizahid Niyaz oğlu subartezian quyusunun bərpa olunmasını xahiş etdi.
2. Əliyev Qəməndər Qələndər oğlu Yeni yaşayış massivinə elektrik xəttinin çəkilməsi təklifini irəli sürdü.
3. Hüseynova Rəsmiyyə Suliddin qızı isə Şəmkir Maşın Su kanalına suyun verilməsini xahiş etdi.
Səyyar qəbulu yekunlaşdıran Samux RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş rəy və təkliflərə baxılması üçün adiyyatı orqanların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi