Samuxlu gənclər “Gənclik və dövlət müstəqilliyi: gələcəyə baxış” adlı Gəncə-Qazax iqtisadi rayonu gəncləri ilə keçirilən regional Forumda iştirak etmişlər.
05-06 fevral 2016-cı il tarixlərdə Şəmkir Heydər Əliyev Mərkəzində Şəmkir rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı və Gənclər və İdman Nazirliyinin və digər region Gənclər və İdman İdarələrinin iştirakı ilə “Gənclik və dövlət müstəqilliyi: gələcəyə baxış” adlı Gəncə-Qazax iqtisadi rayonu gənclərinin ilə regional Forum keçirilmişdir. Samux Rayon Gənclər və İdman İdarəsi tərəfindən 10 nəfər gəncin iştirakı təmin olunduğu bu Forumda rəsmi hissəsində Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev və digər rəsmi qonaqların iştirak etmişdir. İlk öncə Ulu Öndər Heydər Əliyevin Şəmkir rayonunda ucaldılmış abidəsini ziyarət edərək gül dəstələri qoyduqdan sonra Forumun rəsmi hissəsi Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlanılmışdır.
Çıxış edən Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev və digər şəxslər təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən aparılan uğurlu dövlət siyasətinin ən vacib istiqamətlərindən biri Dövlət Gənclər siyasəti haqda ətraflı danışmışdır.Rəsmilər region gənclərinin problemləri, üzləşdikləri çətinliklər haqda ətraflı məlumat almaq məqsədi ilə iştirak edən gənclərlə canlı ünsiyyətə girərək onları narahat edən məsələlər ətrafında geniş müzakirələr aparmış, gənclərin suallarını cavablandırdırlar.