Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyətində sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması və sərmayələrin cəlb edilməsi ilə bağlı yaradılmış xüsusi qərargahın ilk iclası keçirildi.

04 fevral 2016 | 16:00

Samux Rayon İcra Hakimiyyətində  rayonda sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması və sərmayələrin cəlb edilməsi ilə bağlı yaradılmış   xüsusi qərargahın iclası keçirildi.
İclasda rayon İcra Hakimiyyətinin başçısı, qərargahın sədri Alı Qocayev, qərargah üzvləri, aidiyyəti müəssisə rəhbərləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri və rayon sahibkarları iştirak etdi.
Iclasda çıxış edən Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızın qazandığı nailiyyətlərdən, ölkəmizin sosial-iqtisadi və mədəni həyatında baş verən dinamik inkişafdan danışdı. Bildirdi ki, Sahibkarlığın inkişafı, əlverişli biznes mühitinin yaradılması məqsədilə əsaslı şəkildə islahatların aparılması xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyən edilmiş və hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ardıcıl olaraq həyata keçirilən iqtisadi inkişaf strategiyasının tələblərindən irəli gəlir və onun mərkəzində durur. Bu gün dünyanı bürüyən iqtisadi böhran şəraitində də respublikamızın  əldə etdiyi uğurlar göz önündədir.Cənab Prezidentimiz dünyada və regionda gedən böhranlı proseslərə baxmayaraq maksimum səviyyədə çalışır ki, ölkəmiz indiki vəziyyətdə öz inkişafını qorusun, vətəndaşlarımız zərər görməsinlər. Ölkəmizdə sahibkarlığın və  kənd təsərrüfatının inkişaf etdirilməsi, bu sahədə  sahibkarlara və torpaq mülkiyyətçilərinə  hərtərəfli köməkliklər göstərilməsi  ilə bağlı dövlət başçısının tapşırıq və tövsiyyələrinə   uyğun olaraq rayonumuzda da görüləcək işlər müəyyənləşdirilmiş, sahibkarlar və mülkiyyətçilərlə mütəmadi olaraq müvafiq söhbətlər aparılaraq onların problemləri dinlənilir.Bu gün də keçirilən iclasın əsas məqsədi rayonda sahibkarlığın daha da  inkişaf etdirilməsi və nəticədə əhalimizin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılmasına sahibkarlarımızın dəstək olmasıdır.
Daha sonra çıxış edən Samux Rayon İcra Hakimiyyəti başçısının Birinci müavini Tahir Qarayev  Azərbaycan Respublikası Prezidentinin ölkədə sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması, sərmayələrin cəlb edilməsi ilə bağlı tapşırıqlarının icrasını və Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramının həyata keçirilməsini təmin etmək məqsədilə Samux Rayon İcra Hakimiyyəti Başçısının 03.02.2016-cı il tarixli, 09 saylı Sərəncamını oxudu və aşağıdakı işlərin görülməsi tapşırıldı:
    1. Qərargah üzvülərinə təhlillər əsasında sosial-iqtisadi inkişafla bağlı proqnozlar, habelə sahibkarların, vətəndaşların davamlı qəbulu zamanı irəli sürülən fikirlər və qaynar xətt vasitəsi ilə daxil olan məlumatlar əsasında təkliflər hazırlamaqla, yeni iş yerlərinin yaradılması və sərmayələrin cəlb edilməsi ilə bağlı bütün zəruri tədbirlərin həyata keçirilməsi təmin edilsin.
    3. Rayon Əmək və Əhalinin Məşğulluğu Mərkəzinin direktoru X.Həsənova rayonda vakant iş yerləri barədə məlumatları müəssisə və təşkilatlardan toplayaraq və qeydiyyatda olan işsizlər barədə məlumatların qərargaha təqdim edilməsini təmin etsin.
    4. İƏD-ri üzrə icra nümayəndələri və bələdiyyə sədrlərinə qəsəbə və kəndlərin ərazisində yeni iş yerlərinin açılması ilə bağlı iş adamları ilə birgə təkliflərin hazırlanaraq qərargaha verilməsini təmin etsinlər.
5. Rayon Statistika İdarəsinin rəisi G.Bayramova Sosial-iqtisadi inkişafa dair statistik məlumatların hazırlanaraq qərargaha təqdim olunmasını təmin etsin.
6. Rayon Sahibkarlar Birlyinin sədri B.Məmmədova rayonda fəaliyyət göstərən sahibkarların fəaliyyətinin genişləndirilməsi və yeni iş yerlərinin açılması məqsədilə təkliflərin hazırlanaraq qərargaha təqdim edilməsini təmin etsin.
7.Samux Rayon İHB-nın müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Q.Əliyevə görülən işlər barədə məlumatların hər ayın 1-də və 15-də Azərbaycan Respublikası Prezidenti Administrasiyası Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin elektron ünvanına göndərilməsini təmin etsin.   
8. Rayon ərazisində sahibkarlardan və vətəndaşlardan daxil olan müraciət və təkliflərin operativ qaydada qəbulu və həlli  məqsədilə “Qaynar xətt” yaradılsın.                   
Sərəncamın icrasına nəzarəti Samux Rayon İcra Hakimiyyətinin başçısı öz üzərində saxladı.
Qərara alındı ki, qərargahın iclasları hər həftə keçirilsin və iclaslarda görülən işlər müzakirə olunsun, qarşıya çıxan problemlərin həlli yolları axtarılsın.

Keçidlər