YAP Samux Rayon Təşkilatında ərazi ilk partiya təşkilat sədrlərinin yığıncağı keçirildi.
3 fevral 2016-ci il tarixdə YAP Samux rayon Təşkilatında ərazi ilk partiya təşkilat sədrlərinin yığıncağı keçirildi. Yığıncaqda ərazi ilk partiya təşkilat sədrlərinin 2015-ci ilə dair hesabatlarının nəticələri müzakirə edildi. Yığıncağı giriş sözü ilə YAP Samux rayon Təşkilatının sədri Gündüz Bayramov açaraq yola saldığımız 2015-ci ilin yekunlarının nəticələrini qeyd edərək ötən ildə qazanılan nailiyyətlərdən bəhs etdi. 2015 –ci ilin Azərbaycan Respublikasının tarixində növbəti uğurlu il kimi yadda qalacağını qeyd edən G. Bayramov 2015 – ci ildə parlament seçkilərində qazanılan qələbənin və Avropanın tarixində ilk dəfə olaraq 2015 – ci il Avropa Yay Oyunlarının Bakıda keçirilməsinin böyük bir tarixi əhəmiyyəti olmasını xüsusi vurğuladı. Gündüz Bayramov eyni zamanda qabaqcıl ərazi ilk partiya təşkilatlarının iş təcrübəsinin başqa ərazi ilk partiya təşkilatlarında öyrənilməsini və təbliğini təşkil etməyin zəruriliyini bildirdi. Yığıncaqda çıxış edən ərazi ilk partiya təşkilat sədrləri qeyd etdilər ki, qabaqcıl ərazi ilk partiya təşkilatlarının fəaliyyəti yüksək qiymətləndirilərək onların siyasi fəallığı digər ərazi ilk partiya təşkilatına nümunə olmalıdır.Belə ərazi ilk partiya təşkilatından Samux şəhər 1saylı məktəb-lisey, 2 saylı tam orta məktəb ,Sərkar, Ziyadlı, Qarayeri,Təhsil şöbəsi,Bağbanlar, Mədəniyyət şöbəsi, MRX ərazi ilk partiya təşkilatlarını və başqalarını göstərə bilərik.Yığıncaqda onların fəaliyyətləri yüksək qiymətləndirildiyi üçün digər ərazi ilk partiya təşkilatına nümunə götürmələri tövsiyyə olundu.
Daha sonra yığıncaqda partiya sıralarına yeni daxil olanlara üzvlük vəsiqələri təqdim edildi.