Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyəti başçısının rayonun Samux şəhərində səyyari görüşü keçirilmişdir.

03 fevral 2016 | 16:00

Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Samux şəhəri Kolayır yaşayış massivinin sakinləri ilə növbəti səyyar qəbulu keçirildi. Görüşdə şəhər sakinləri ilə yanaşı İcra Hakimiyyəti başçısının müavinləri, icra aparatının şöbə müdürləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Samux şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Qasımov Elşad şəhər barədə iclas iştirakçılarına geniş məlumat verdi. Eyni zamanda ərazi dairəsi üzrə icra nümayəndəsi kənddə görülən işlər, əhalini narahat edən problem və məsələlər barədə də ətraflı danışdı.
Daha sonra kənd sakinləri tərəfindən çıxışlar və təkliflər oldu.
1. Məmişova Akifə  Məmməd qızı  övladına həyətyanı torpaq sahəsinin verilməsini  xahiş etdi.    
2. Salmanov Namiq Salman oglu  Şəhidlər və Şəhriyar küçələrinin asfaltlanmasını           xahiş etdi.
3. Abbasova Səidə İbrahim  qızı şəhərdəki sahibsiz itlərin zərərsizləşdirilməsi  təklifini irəli sürdü.

4. İbrahimova Gülarə Firuddin qızı Qarabağ küçəsinin işıqlandırılması təklifini irəli sürdü.

Səyyar qəbulu yekunlaşdıran Samux RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş rəy və təkliflərə baxılması üçün adiyyatı orqanların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi

 

 

Keçidlər