Samux rayonunda “2 Fevral – Gənclər günü” münasibəti ilə konfrans keçirildi.
Samux gənclərinin “2 Fevral-Gənclər Gününə” həsr edilmiş konfransı keçirildi.
Konfrans iştirakçıları əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin YAP Samux Rayon Təşkilatının həyətindəki abidəsi önünə gül dəstələri qoydular. Daha sonra konfransı giriş sözü ilə açan Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayev gəncləri təbrik edərək qeyd etdi ki, Azərbaycan gənclərinə diqqət və qayğı ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan strategiyaya uyğun olaraq bu gün də davam etdirilir. Bunun əsasında da istər dovlət idarəçiliyində, istərsə də sahibkarlıq və digər sosial-iqtisadi sahələrdə gənclərimiz çox uğurla fəaliyyət görsədirlər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Gənclər Forumunun keçirilməsinin 20 illiyinə həsr edilmiş gənclərlə görüşündə Azərbaycan gənclərinin sosial-iqtisadi fəaliyyətinin yüksək qiymətləndirmiş və bu işdə fərqlənənləri təltif etmişdir.
Daha sonra çıxış edən Samux Rayon Gənclər və İdman İdarəsinin rəisi Rəşad Qarayev gənclərlə bağlı rayonumuzda görülmüş işlərdən və samuxlu gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün gələcəkdə görüləcək işlərdən danışdı. Samuxda gənc sahibkarların 2016-cı ildə forumunun keçirilməsi təklifini irəli sürdü.
Samux Təhsil şöbəsinin Məsləhətçisi Vüsal Cəfərov gənclərin təhsildə əldə etdiyi uğurlardan söz açaraq samuxlu gənclərin elm və təhsilə olan maraqlarını xüsüsi olaraq qeyd etdi.
“Sarvam” MMC-nin direktoru, gənc sahibkar Rövşən Yusifov çıxış edərək Respublikamızda olduğu kimi rayonumuzda da sahibkarlığın inkişafı üçün hər cür şəraitin yaradıldığını və respublikamızda gənc sahibkarlar tərəfindən görülən işlərdən danışdı.
Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Samux rayon bölməsinin baş məsul icraçısı, Gizir Rüstəm Xudiyev Samux gənclərinin vətənpərvərliyindən və torpaqlarımızın müdafiəsi uğrunda gənclərimizin döyüş bölgəsində düşmən qarşısındakı şücaətli igidlikləri haqqında geniş məzmunlu çıxış etdi
Sonda Samux Rayon Məhkəməsinin sədri Nizami Hümbətov çıxış edərək gənclər günü münasibəti ilə gənclərimizə dəyərli tövsiyyə və məsləhətlər verdi.
Tədbir zamanı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyindən sertfikatlar almış bir qrup gənc sahibkarlara sertfikatları təqdim edildi və rayonun sosial-iqtisadi həyatında fərqlənən bir qrup gənclər rayon rəhbərliyi tərəfindən Fəxri Fərmanlarla təltif edildi.
Daha sonra Samux Rayon Mədəniyyət və Turizm şöbəsinin nümayəndələri tərəfindən tədbirin bədii hissəsi keçirildi.