Samux rayonunda “ 2 Fevral – Gənclər günü” münasibəti ilə növbəti ağacəkmə kompaniyası keçirildi.
Samux rayonunda 2 Fevral – Gənclər günü münasibəti ilə növbəti ağacəkmə kompaniyası keçirildi. Samux şəhəri ərazisində Kür yolu istiqamətində, yolun hər iki tərəfinə 1500 ədəd eldar şamı , küknar və çinar ağacları əkildi.
Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı, cənab Alı Qocayevdə iştirak edirdi. Gənclərin xüsusi səliqə ilə əkdiyi tinglərin dibləri bərkidilib və suvarılıb. Əkilən yeni ağaclara vaxtaşırı qulluq edilməsi qərara alınıb. Eyni zamanda əkilən cavan tinglərin qorunması üçün sahənin sərhədlərinə çəpər çəkilib, mal-qaranın əraziyə girişi məhdudlaşdırılıb. Əkin materialı kimi Samux rayon landşaftına uyğun tinglərdən istifadə olunub. Yaşıllıqların sayının artırılması istiqamətində keçirilən bu kompaniya davam etdiriləcək.