Samux sahibkarları ilə Türk iş adamlarının təcrübə-mübadilə görüşü keçirildi.
Samux Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə YAP Samux Rayon Təşkilatında rayon sahibkarları ilə türk iş adamlarının təcrübə mübadiləsi üçün görüşü keçirildi.
Görüşü giriş nitqi ilə açan Samux Rayon İcra Hakimiyyətinin başçısı, cənab Alı Qocayev qeyd etdi ki, aqrar sahədə aparılan islahatların müsbət nəticələri dövlətin bu sahəyə göstərdiyi diqqətdən irəli gəlir. Respublikamızda olduğu kimi rayonumuzda da aqrar sahənin inkişafı iqtisadiyyatın şaxələndirilməsi strategiyasının əsas istiqamətlərindən biri kimi gündəmdədir. Kənd təsərrüfatının inkişafı iqtisadi sahədə prioritet məsələlərdəndir. Samux rayonu aqrar rayon olmaqla yanaşı buradakı münbit torpaqların mövcudluğu kənd təsərrüfatının inkişafı üçün çox böyük perspektiv imkanlar yaradır.
Ərazi Kənd Təsərrüfatı İdarəsinin Müdiri Həsənov Rahil rayonumuzda əkin işlərinin gedişatı, zərərvericilərə qarşı mübarizə tədbirləinin aparılması və kənd təsərrüfatı məhsullarının istehsalının yüksəldilməsinin vacibliyindən danışdı.
Çıxış üçün söz alan Türk iş adamı Ərsin bəy Türkiyyənin kənd təsərrüfatı məhsullarının istehsalındakı zəngin təcrübəsindən danışdı və bu təcrübənin samuxlularla paylaşa biləcəklərini xüsusi qeyd etdi. Xüsusən üzüm, pambıq, qarğıdalı və tərəvəz bitkiləri kimi məhsulların istehsalı və emalında yeni texnologiyaların tətbiqi, bu sahələrin daha da inkişaf etdirilməsi sahəsində qarşıda duran vəzifələrdə Türkiyə və Azərbaycanın təcrübə mübadiləsi məsələləri müzakirə olundu.