Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyətinin başçısı və Milli Məclisin sədr müavinin rayon ictimaiyyəti ilə görüşü keçirildi

29 yanvar 2016 | 16:00

Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev və Milli Məclisin sədr müavini Valeh Ələsgərovun rayon ictimaiyyəti ilə görüşü keçirildi. Görüşü giriş nitqi ilə açan Samux Rayon İcra Hakimiyyətinin başçısı ölkədə həyata keçirilən antiböhran tədbirləri, süni qiymət artımına qarşı mübarizə və ictimai nəzarət mexanizminin müəyyənləşdirilməsi məsələləri ətrafında geniş fikir söylədi.
Daha sonra çıxış edən  Milli Məclisin sədr müavini Valeh Ələsgərov qeyd etdi ki, Prezident İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasəti nəticəsində yaradılmış siyasi sabitlik, güclü iqtisadi potensial, vaxtında aparılan islahatlar və görülən qabaqlayıcı tədbirlər, iqtisadiyyatın diversifikasiyası, neft amilindən asılılığın azaldılması, biznes mühitinin təkmilləşdirilməsi, sahibkarlığın inkişaf etdirilməsi sayəsində ölkə iqtisadiyyatının mənfi təsirlərə qarşı dayanıqlığını təmin etmək mümkün olub.Gəlirlərin azalmasına baxmayaraq, dövlət başçısının əsasını insan amili təşkil edən siyasətinə uyğun olaraq, bütün sosial proqramlar tam həcmdə yerinə yetirilir. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri həyata keçirilib, bir sıra sahələrdə çalışan işçilərin maaşları, sosial müavinətlər, əmək pensiyasının baza hissəsi artırılıb.
Özəl bölmənin inkişafı istiqamətində görülən işlər, xüsusilə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması, lisenziyalaşdırma sisteminin təkmilləşdirilməsi, investisiyaların təşviqi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması sahəsində dövlət başçısı tərəfindən qəbul edilmiş qərarlar özəl bölmənin inkişafında mühüm əhəmiyyət kəsb edir.

Keçidlər