Samux Rayon İcra Hakimiyyəti Başçısının Sərkar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin 2015- ci ildə görülmüş işlərə dair hesabat yığıncağı keçirilmişdir.
Ölkəmiz 2015-ci ildə uğurla inkişaf etmişdir. Ən əsası odur ki, Azərbaycan xalqının təhlükəsizliyini hörmətli prezidentimiz Cənab İlham Əliyevin sayəsində təmin edilmişdir.
Ötən ildə respublikamızda, eləcə də rayonumuzda qazanılan nailiyyətləri unutmaq olmaz. 2015- ci ildə respublikamızın prezidenti Cənab İlham Əliyev, ulu öndər Heydər Əliyev kursunu davam etdirərək ölkənin dinamik inkişafına nail olmuş , Azərbaycanın ictimai – siyasi sabitliyini təmin etmişdir.
Ölkə rəhbəri, 2003-cü ildən başlayaraq bu günə kimi respublikamızın sosial - iqtisadi həyatında mühüm rol oynayan sənədlər, o cümlədən şəhər, rayon , qəsəbə və kəndlərin inkişafını özündə əks etdirən “Azərbaycan Respublikasının 2014- 2018 –ci illər , sosial - iqtisadi inkişafının sürətləndirilməsi haqqında “ Dövlət proqramını imzalamaqla vacib tarixi sənəd qəbul etmişdir.
Bu proqramın həyata keçirilməsi yerli icra hakimiyyəti orqanlarında səmərəli və geniş iş metodlarından istifadə etməyi tələb edir. Dövlət başçısının , verdiyi bu fərmanından sonra respublikamızın hər yerində bu qərardan irəli gələn vəzifələrin yerinə yetirilməsi , əhalinin rifah halının yaxşılaşması , cəmiyyətin mənəvi saflaşmasının təmin olunması, bütövlükdə ölkəmizin iqtisadi qüdrətinin artması, artan əmək haqqları, pensiyalar , sosial məsələlərin həlli, məktəblərin , tibb ocaqlarının, idman bazalarının yaradılması , şəhər, rayon , kənd və qəsəbələrin abadlaşdırılması özünü tam göstərir.
Yuxarıda qeyd etdiklərimi rayonumuzda , eləcədə onun iri kəndlərindən biri olan Sərkar kəndinin simasında da aydın görmək olar.
Hesabat ilində , rayonumuzda görülən işlərlə yanaşı , Sərkar kəndində , əhali tikinti , abadlıq və təmizlik işləri görülmüşdür.
Ərazisinin böyüklüyünə və əhalisinin sayına görə Sərkar kəndi rayonumuzda ən iri kəndlərdən biridir. Kənd rayon mərkəzindən 5 km . aralıda yerləşir.
Ərazisi 1924 ha , əhalisi 5314 nəfərdir. Kənddə 1396 təsərrüfat mövcuddur ki, bununda 923 - də şəxsi yaşayış evi vardır. Nümayəndəliyin qeydiyyatında olan 260 nəfər kənd sakinləri, respublikamızda və ondan kənarda yaşayırlar. Eyni zamanda 150 nəfərə qədər vətəndaş respublikamızın müxtəlif yerlərində qeydiyyatda olsalarda , kəndin ərazisində yaşayırlar .Kənddə 156 nəfər məcburi köçkün yaşayır ki, onlardanda , 7 ailə özünə şəxsi mülk alıblar . Kənddə , bildiyimiz kimi 101 nəfər müəllimi və 644 nəfər şagirdin təhsil aldığı , 28 nəfər texniki işçinin çalışdığı bir tam orta məktəb, 300 nəfərlik mədəniyyət evi , 1 kitabxana , 2 qrupdan ibarət uşaq bağçası, 1 tibb məntəqəsi , 1 uşaq musiqi məktəbi , 1 poçt filalı , 1 elektron ATS, 2 mineral su istehsal edən sex, quşçuluq fabrikası . 300 tonluq soyuducu anbar ,60 nəfəri özündə birləşdirən 26 ticarət obyektləri fəaliyyət göstərir. 300 - dən artıq kənd əhalisi, kəndin ərazisindən kənarda müxtəlif təsərrüfatlarda çalışırlar.Kənddə 774 nəfər pensiya alır ki, onlardan da 74 nəfəri sosial müavinət alanlar, 6 nəfər 1 qrup , 227 nəfər 2 qrup əlilliyə görə pensiya alanlar, 76 nəfər sosial yardım və qocalığa görə pensiya alanlardır. Kəndimizdən 5 nəfər Qarabağ torpağı uğrunda, 1 nəfər Əfqanıstan döyüşlərində şəhid olmuşdur. 7 nəfər Qarabağ əlili vardır.
Kəndin mərkəzində yerləşən mədəniyyət evinin həyətində kənd bələdiyyəsi tərəfindən salınan mini park kənd əhalisinə xidmət edir.
Möhtərəm Prezidentimiz İ.Əliyevin qeyd etdiyi kimi “ Bu gün cəmiyyətimiz üçün ən əsas sahə təhsilin yerlərdə səviyyəsini yüksəltmək, ilk növbədə təhsil ocaqlarının maddi – texniki bazasını möhkəmləndirməklə yanaşı, yeni məktəblərin tikilməsi , əsaslı təmir edilməsi , müasir avdanlıqlarla təmin olunmasına daim qayğı göstərməkdir ”. Hesabat ilində məktəbimizin 43 nəfər məzunundan 14 nəfəri test üsulu ilə ayrı – ayrı unverisitetlərə qəbul olmuşdur, eyni zamanda 5 nəfər əvvəlki illərin məzunlarından ali məktəblərə daxil olmuşdur. Məktəbdə şahmat klubu fəaliyyət göstərir. Bundan başqa məktəbin idman zalında sərbəst güləş bölməsi, futbol klubu fəaliyyət göstərir. Bir neçə şagirdimiz respublikanın ayrı – ayrı reionlarında sərbəst güləş üzrə keçirilən yarışların qalibi olmuşdur.
Məktəbin “ Şahinlər “ komandası məktəblər arası yarışda 3 yerə çıxmışdır. Ötən il məktəbin 1 müəlliminə əməkdar adı verilmişdir. Artıq məktəbimizdə 2 nəfər, Almaz Əsgərova və Məfkurə İsrafilova əməkdar müəllim, 1 nəfər Afət Rzayeva qabaqcıl təhsil işçisi adı almışdır. Əvvəlki illərə nisbətən məktəbdə inkişafa doğru xeyli irəliləyiş var. Bildiyimiz kimi , indi müəllimlərin vəzifəsi , qabaqkı illərə nisbətən xeyli çətinləşmişdir. Bəzi şagirdlərin valideyinləri və özləri müəllimlərə qarşı haqsız narazılıqlar yaradrlar.
Kənddə fəaliyyət göstərən mədəniyyət evində tez- tez tədbirlər keçirilir. Rayonda və kənddə keçirilən bütün mədəni – kütləvi tədbirlərdə yaxından iştirak edirlər.
Kənddə yerləşən həkim məntəqəsi kənd əhalisinə xidmət edir. 2 qruplu uşaq bağçasında 35 nəfər uşaq təlim - tərbiyə alır. 1 elektron ATS 895 nəfər abonentə yüksək dərəcədə xidmət edir.
2001- ci ildən fəaliyyət göstərən Sərkar kənd musiqi məktəbində 54 nəfər müəllim heyəti çalışır və 297 nəfər şagird musiqi təhsili alır. Hesabat ilində musiqi məktəbinin uğurları da az olmamışdır . Belə ki, Bakı şəhərində keçirilən xanəndələrin 2- ci Respublika müsabiqəsində məktəbi təmsil edən Cəmil Məmmədov 2 ci yerə layiq görülərək 3 qat lauriant adını qazanmışdır. Gəncə şəhərində “Qızıl Payız “ festivalında iştirak edən məktəbin hər bir şagirdi diplomlarla təltif edilmişlər. Bundan əlavə məktəbin kollektivi Samux rayonunda keçirilən bütün tədbirlərdə fəal iştirak etmişlər. 10 nəfər şagid yüksək nəticələr göstərərək Gəncə musiqi Texnikomuna qəbul olmuşdur.
Kəndin əhalisinin əsas məşğuliyyəti heyvandarlıq və əkinçilikdir. Kəndi əhatə edən 1924 ha torpaq sahəsinin 1423 ha xüsusi mülkiyyətdə , 459 ha bələdiyyə torpağı və 92 ha Dövlət torpağıdır.
Ötən il respublikamızda kənd təsərrüfat ili elan olunmuşdur.
Kənd sakinləri hesabat ilində 825 ha taxıl sahəsindən 2672 ton taxıl , 25 ha qarğıdalı sahəsindən 87 ton qarğıdalı , 17 ha kartof sahəsindən 71 ton kartof , 37 ha günəbaxan sahəsindən 74 ton günəbaxan, 83 ha tərəvəz sahəsindən 659 ton tərəvəz , 7 ha meyvə bağından 1119 ton meyvə ,66 ha üzüm sahəsindən 422 ton və 4576 ton quru ot toplanmışdır. Kənddə əhali heyvandarlıq sahəsinə də ciddi diqqət yetirir. Belə ki, 2015 – ci ildə əhalidə 851 baş iri, 10923 baş xırdabuynuzlu mal –qara olduğu halda , 01.01.2016- cı ildə 989 baş iri, 11264 baş xırdabuynuzlu mal –qara qeydə alınmışdır. Hesabat ilində Nümayəndəlik və kənd bələdiyyəsi tərəfindən ərazidə yaşayan Böyük vətən müharibəsi və Qarabağ əlillərinə , şəhid ailələrinə , tək və imkansız yaşayan ailələrə daimi diqqət və qayğı göstərilmiş , onlara qurban payı və bayram sovqatı göndərilmişdir. İmkansız ailələrin üzvülərinə dəfn günü , yas mərasimlərinə maddi və mənəvi köməklik göstərilmişdir.
Hesabat ilində , kənd əhalisinin ən yaralı sahəsi olan torpaqların yay aylarında suvarılmasında yaranan çətinliklər olmuş, hətta rayon və respublika rəhbərlərinə müraciətlər etmişlər. Artıq bu il ötən ildəki vəziyyətə düşməmək üçün , kənddə fəaliyyət göstərən 52 ədəd subartezian quyularına təhkim olunan cavabdeh şəxslərə, rayon SSİ-nin işçiləri ilə birgə , kənd bələdiyyəsi və icra nümayəndəsi, jurnallar tutularaq növbəlik sistemi yaradılmışdır. Biz ümidvarıq ki, Şəmkir su kanalı da bizə bu il kömək olacaqdır.
Bundan əlavə, hesabat ilində Azərbaycan Respublikası Prezidenti cənab İ.Əliyevin 23 yanvar 2007 – ci il 1907 saylı sərancamına əsasən Nazirlər Kabinetinin 15.02.2007 – ci il tarixli 32 saylı qərarı ilə istehsalçıların əkin sahələrinin və çoxillik əkmələrin becərilməsində istifadə etdiyi , yanacaq və motor yağlarına görə 610 nəfərə istehsalçıya 52341 manat güzəşt olmuşdur. Eyni zamanda buğda istesalını artırmaq üçün əlavə olaraq 52 nəfər istehsalçıya 7948 manat güzəştli vəsait verilmişdir.
Azərbaycan Respublikası Prezidenti cənab İ. Əliyevin “Sosial – iqtisadi inkişafın sürətləndirilməsi “ haqqında fərmanın 7-ci bəndinə əsasən dövlət rəhbərliyinin gündəlik nəzarətində olan əhalinin yerlərdə ərizə və şikayətlərinə baxılması və onların problemlərinin həlli sayəsində , rayon icra hakimiyyətinin başçısı cənab Alı Qocayev il ərzində 2 dəfə Sərkar kəndində əhali ilə görüş keçirmişdir. Məlumat üçün deməliyəm ki, cənab Alı Qocayev əhali ilə görüşlərdə onların təklif və şikayətlərinə diqqətlə yanaşmış və yerində həll edilmişdir.
Hesabat ili ərzində 25 nəfər yuxarı təşkilatlara, 9 nəfər rayon İcra Hakimiyyətinə yazılı ərizələrlə müraciət edilmişdir. Eyni zamanda il ərzində 44 nəfər rayon İHB –nın qəbulunda olmuşdur. Nümayəndəliyə 32 yazılı ərizə daxil olmuşdur. Demək olar ki, hesabat ilinin 9 ayında 40, son 3 ayda 186 şifahi müraciətlər olmuşdur. 134 məktub daxil olmuş , 20 əmr verilmişdir.
Il ərzində 90 nəfər doğum , 26 nəfər ölüm qeydə alınmışdır. Hal – hazırda 49 nəfər gənc, ordu sıralarındadır.
Kənd bələdiyyəsi ilə birgə nümayəndəlik , kənddə 250 ağac əkmişlər.
Hazırda kənddə 1187 qaz, 1250 işıq abonentləri vardır.
Hesabat ilində icra nümayəndəliyinə və tabeliyindəki işçilərə dövlət büdcəsindən , smeta əsasında 67773 manat əmək haqqı , 4553 manat kommunal xərc üçün vəsait xərclənmişdir.
Hesabat ilində , rayonda keçirilən Gül bayramında , Novruz bayramında və bir sıra tədbirlərdə icra nümayəndəliyi rayon tələbi səviyyəsində çıxış etməmiş və bir sıra nöqsanlara yol vermiş, əhalinin şikayət və ərizəsinə məsuliyyətlə yanaşmamışdır.
Nümayəndəlik hesabat ilinin son 3 ayında rayon rəhbərliyinin təşəbbüsü ilə icra nümayəndəliyi dəyişmiş, kənd icra nümayəndəliyi öz işini kənd bələdiyyəsi ilə , ictimayyətlə birgə quraraq bir sıra işlər görmüşdür.
Belə ki, rayon rəhbərliyinin köməkliyi ilə işıq idarəsi və kənd bələdiyyəsi ilə birgə 3 ədəd yanmış transfarmator qısa müddətdə təmir olunmuşdur. Kənddə küçə işıqlarının kabelləşməsi başlamışdır.
4 ədəd subartezian quyuları təmir olunmuşdur.
300 metr telefon xəttinin naqilləri dəyişdirilmişdir , 3 nəfərə telefon çəkilmişdir.
Oktyabr ayında nümayəndəlik və kənd bələdiyyəsi , kənd əhalisi ilə geniş görüş keçirmiş , onların tələblərini dinləmişdir.
Artıq kəndin 70% - də həftədə bir dəfə küçələrda təmizlik günü keçirilir. Nümayəndəliyin və kənd bələdiyyəsinin köməkliyi ilə ay ərzində bir texnika, 2 nəfər fəhlə ayıraraq küçələrin, su arxlarının zibilləri toplanıb yığılır.
Nümayəndəlikdə hər gün vətəndaş qəbul edilib, onların kommunal tələblərini dinləyib, icra etmişdir.
Qarşıda xeyli işlər durur. Belə ki, mart ayının sonunadək rayon rəhbərliyinin köməkliyi ilə , kənd icra nümayəndəsi və bələdiyyə sədri ilə birgə , 2 -ci kənd icması ilə kənddə bir neçə lahiyə həyata keçiriləcək . Mart ayının sonunadək kəndin bir hissəsi, yəni 10 km yol çınqıllanıb təmir olunacaq. Bu il uşaq bağçasında istilik sistemi yaradılacaq , təmir olunacaqdır. Həkim məntəqəsinin təmir olunması , küçələrdə içməli su krantlarının dəyişdirilməsi nəzərdə tutulmuşdur.
Bundan başqa rayon rəhbərliyi tərəfindən, kəndin mərkəzi küçələrinin işıqlandırılması üçün 50 ədəd dirək ayrılmış , artıq 20 ədəd dirək gətirilmişdir. Qısa müddətdə kənddə 100 tonlarla zibil daşınmış, məktəbin həyətindəki zibillər təmizlənmiş , kənd icra nümayəndəliyinin binası , otaqları , çöl fasadı təmir olunmuş , həyəti təmizlənmişdir. Uşaq bağçasında isə qırılan şiferlər təzələnmiş, xarab olmuş tavalar təmir olunmuşdur.
Hesabat dövrü ərzində Azərbaycan MM-sin deputat seçkilərində kənd əhalisi fəal iştirak etmişdir. Yeni il qabağı rayonda İHB-nın təşəbbüsü ilə keçirilən yarmarkada kəndimiz fəallıq göstərmişdir.