Samux rayon İcra Hakimiyyəti başçısının Seyidlər kəndində səyyari görüşü keçirilmişdir
23 fevral 2013 | 16:00
22 fevral 2013-ci il tarixdə Samux rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin Seyidlər kəndində kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi. Görüşdə kənd sakinləri tərəfindən 3 təklif və rəy irəli sürüldü ki, bunlardan da 1 təklif yerindəcə həll edildi. Digər rəy və təkliflərə baxılması üçün cənab başçı tərəfindən aidiyyəti orqanlara yerində müvafiq tapşırıqlar verildi.