Samux Rayon İcra Hakimiyyəti başçısının rayonun Sarıqamış kəndində səyyari görüşü keçirilmişdir.
Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Sarıqamış kənd sakinləri ilə növbəti səyyar qəbulu keçirildi. Görüşdə kənd sakinləri ilə yanaşı İcra Hakimiyyəti başçısının müavinləri, icra aparatının şöbə müdürləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Sarıqamış kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsinin müavini kənd barədə iclas iştirakçılarına geniş məlumat verdi. Eyni zamanda ərazi dairəsi üzrə icra nümayəndəsi kənddə görülən işlər, əhalini narahat edən problem və məsələlər barədə də ətraflı danışdı.
Daha sonra kənd sakinləri tərəfindən çıxışlar və təkliflər oldu.
1. Əliyev Bəylər Qoçu oğlu kənd küçələrinə qum-çınqıl verilib hamarlanmasını xahiş etdi.
2. Quliyeva Raxşəndə İmamqulu qızı məktəbin istilik sisteminin maye yanacaqdan təbii qaza keçirilməsini xahiş etdi.
3. Abbasov Arzu Vahid oğlu 1 ədəd subartezian quyusunun vurulması təklifini irəli sürdü.
Səyyar qəbulu yekunlaşdıran Samux RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş rəy və təkliflərə baxılması üçün adiyyatı orqanların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi