Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda FHN-in Gəncə Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

25 yanvar 2016 | 16:00

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi  Samux şəhər M.Ə.Sabir adına 1 nömrəli orta məktəbində maarifləndirmə tədbiri keçirmişdir.
Tədbirdə Samux rayon Təhsil şöbəsinin nümayəndəsi, məktəbin direktoru, texniki işçilər, müəllim və şagirdlər iştirak etmişlər.
Tədbirin keçirilməsində məqsəd məktəbin müəllim və şagirdlərinə təbii və texnogen xarakterli fövqəladə halların yaranma səbəbləri, onlardan qorunma üsulları, elektrik və qaz cihazlarından istifadə zamanı diqqətli olmağın vacibliyi, mənzildə yanğın zamanı davranış qaydaları, daxili yanğın kranlarından və müasir yanğınsöndürmə avadanlıqlarından istifadə və təhlükəsizlik qaydaları mövzularında biliklərin aşılanması olmuşdur.
Çıxışlardan sonra tədbir iştirakçılarına Fövqəladə Hallar Nazirliyinin hazırladığı “Təhlükəsiz həyat keşiyində” və “Dəm qazı təhlükəsi” adlı videoçarxlar nümayiş olunmuşdur.
“Təbii qazdan istifadə etdikdə ehtiyatlı olun!”, “Hansı hallarda “112” qaynar xətlə əlaqə saxlamaq lazımdır?” mövzularında hazırlanmış yaddaş kitabçaları tədbir iştirakçılarına paylanılmış və suallar cavablandırılmışdır.

Keçidlər