Şriftin ölçüsü :

Saytın rəngi :

«20 Yanvar» azadlıq mübarizəsinin qəhrəmanlığına həsr olunmuş “Od vurub qəlbimə 20 yanvar” başlığı altında İnstitut gəncləri ilə maarifləndirici görüş keçirildi.

21 yanvar 2016 | 16:00

İnstitut qəsəbə tam orta məktəbdə Samux Rayon İcra Hakimiyyətinin dəstəyi Samux Rayon Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin təşkilatçılığı ilə 20 Yanvar  azadlıq mübarizəsinin qəhrəmanlığına həsr olunmuş “Od vurub qəlbimə 20 yanvar” başlığı altında İnstitut gəncləri ilə maarifləndirici görüş keçirildi. Tədbiri giriş sözü ilə məktəbin direktor müavini açaraq gələn qonaqları və iştirakçı gəncləri salamladı. Sonra Samux Rayon İcra Hakimiyyətinin Humanitar Şöbəsinin məsul nümayəndəsi Zakir Rzayev çıxış etdi. Qeyd etdi ki, 20 Yanvar ə Azərbaycan tarixində ondan  əvvəliki  faciəli hadisələr  XX əsr boyu xalqımıza  qarşı yeridilən düşünülmüş siyasətin  növbəti  təzahürü idi . Azərbaycan xalqına  qarşı  soyqrım, Sovet   hakimiyyətinin havadarlığı  ilə başlayan Dağlıq Qarabağ hadisələri, azərbaycanlıların Ermənistan ərazisindəki əzəli torpaqlarından  qovulması  bu siyasəyin  mərhələləridir  deyə fikirlərini bildirmişdir.
              Mirzəmməd Orucov QMƏVŞAİB Samux rayon şöəsinin müdiri  çıxışında 1990-cı ilin yanvar  qırğını nəqədər faciəli olsada Azərbaycan  xalqının  iradəsini, milli azadlıq  uğrunda mübarizə əzmini  qıra bilmədi. Həmin müdhiş gecədə  həlak olan  vətən oğulları Azərbaycanın  tarixinə  parlaq səhifə yazdılar, xalqın  milli azadlığı, müstəqilliyi üçün  yol açdılar deyə qeyd etmişdir. Natiqimiz Samux şəhidləri haqqında geniş məlumat verildi və məktəbə Samux Şəhidləri adlı kitab bağışladı.
           Samux Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eynur Fərmanlı da öz növbəsində qeyd etdi ki, hər il  20 Yanvar tarixində  minlərlə insan  vətənin azadlığı  və  suverenliyi  uğrunda  canlarından keçmiş Azərbaycanın oğul və  qızlarının xatirəsini  ehtiramla yad etmək  üçün  Şəhidlər Xiyabanını və Əbədi Məşəli ziyarət  edir, şəhidlərimizin  xatirəsi həmişə qəlbimizdə  əbədi  yaşayacaqdır” demişdir.
           Daha sonra gənclər dinlənildi. Gəncləri maraqlandıran suallar cavablandırıldı.
          Paralel olaraq məktəbin kitabxanasında azyaşlı uşaqlar arasında 20 yanvar faciəsinə həsr olunmuş inşa yazı müsabiqəsi keçirildi.

Keçidlər