Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Samux Rayon Təşkilatında müşavirə keçirildi.

19 yanvar 2016 | 16:00

19 yanvar 2016-cı il tarixdə Yeni Azərbaycan Partiyasının Samux rayon təşkilatında Şura üzvlərinin və ərazi ilk partiya təşkilat sədrlərinin iştirakı ilə müşavirə keçirildi. Müşavirədə Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatında 2015-ci ilin yekunları və 2016-cı ildə qarşıda duran vəzifələr müzakirə olundu. YAP Samux rayon Təşkilatının sədri Gündüz Bayramov çıxış edərək bildirdi ki, 2015-ci il təşkilatımız üçün uğurlu il olub. Hesabat dövründə partiya üzvlərinin sayı 5181 nəfər olmuşdur ki, onlardan partiyaya gənclərin axınının xüsusilə geniş vüsət alması diqqəti cəlb edir. Bu gün partiya üzvlərinin 33,4 % -ni, yəni 1728 nəfəri 18-35 yaşlılardır. Gənclərin partiyaya axınının daha da gücləndirilməsi, onların ideya mənəvi cəhətdən daha da sağlamlaşdırılması məqsədilə YAP Samux rayon təşkilatı tərəfindən gənclərlə bağlı müxtəlif tədbirlər işlənib hazırlanmışdır.Partiyamızın sıralarında gənclərin sayının çoxalması onun gənclik enerjisini artırmaqla yanaşı, YAP-ın gələcəyin partiyası olmasına ən etirbarlı təminat verir. Partiyamızın tərkibində qadınlar da kəmiyyət və keyfiyyət baxımından xüsusi yer tutmaqdadırlar. Bu demoqrafik qrup 2947 nəfərlə partiyada təmsil olunur ki, bu da cəmi partiya üzvlərinin 56, 9%-idir. 2015-ci il ərzində 146 nəfər Yeni Azərbaycan Partiyasının sıralarına qəbul olunmuşdur. Qəbul edilən YAP üzvlərinin 68 nəfəri qadın, 86 nəfəri gənclərdir.
YAP Samux rayon Təşkilatının sədri Gündüz Bayramov 2016-cı ildə qarşıda böyük hədəflərin dayandığını bildirdi. Natiq qeyd etdi ki, xüsusilə dünya iqtisadiyyatında və maliyyə sektorunda baş verən hadisələrlə əlaqədar təbii olaraq Azərbaycanın qarşısında da çox ciddi vəzifələr dayanır. Bu gün Prezident İlham Əliyev başda olmaqla Azərbaycan hökuməti həmin problemlərin həll olunması istiqamətində səfərbər edilib və bu yöndə addımlar atılır. Prezidentin bu yöndə gördüyü tədbirlər haqqında Azərbaycan ictimaiyyəti məlumatlıdır. Yaxın zamanda iqtisadiyyatın inkişaf etdirilməsi, maliyyə sektorunda vəziyyətin sabitləşməsi, bütövlükdə əhalinin sosial vəziyyətinin, sosial təminatının qorunub saxlanması ilə əlaqədar digər tədbirlər də görüləcəkdir. Beləliklə, 2016-cı ildə hər birimizin qarşısında mühüm vəzifələr dayanır ki, bu vəzifələr bizim hər birimizdən böyük fədakarlıq tələb edir. Yeni Azərbaycan Partiyası Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edən siyasi bir təşkilat kimi ölkədə həyata keçirilən bütün işlərdə yaxından iştirak edir. 2016-cı ildə qarşımızda duran çox şərəfli və məsuliyyətli vəzifələrin yerinə yetirilməsində Yeni Azərbaycan Partiyasının hər bir üzvünün üzərinə də məsuliyyətli vəzifələr düşür. YAP Samux rayon Təşkilatının sədri Gündüz Bayramov qarşıda duran vəzifələrlə əlaqədar partiyanın ərazi ilk partiya təşkilat sədrlərinə tövsiyə və tapşırıqlarını verdi.
Müşavirədə ərazi ilk partuya təşkilat sədrlərindən Gülağa Hüseynov, Şəmistan Yusifov, Rəfi Quliyev və digərləri çıxış edərək əmin olduqlarını bildirdilər ki, hər bir partiya üzvü 2016-cı ildə qarşıda duran vəzifələrin həyata keçirilməsi istiqamətində, eyni zamanda izahat işlərinin, təşviqat işlərinin aparılmasında böyük fədakarlıqla yaxından iştirak edəcək.

Keçidlər