Samux rayon Heydər Əliyev Mərkəzində 20 yanvar hadisələrinin 26-cı ildönümünə həsr olunmuş silsilə tədbirlərin davamı olaraq Samux şəhər 1 saylı məktəb lisey şagirdlərinin iştirakı ilə "Qəhrəmanları Unutmayaq!" adlı tədbir təşkil olundu.
19 yanvar 2016-cı il tarixdə Samux Rayon Heydər Əliyev Mərkəzində 20 yanvar hadisələrinin 26-cı ildönümünə həsr olunmuş silsilə tədbirlərin davamı olaraq Samux şəhər 1 saylı məktəb lisey şagirdlərinin iştirakı ilə "Qəhrəmanları Unutmayaq!" adlı tədbir təşkil olundu.
Tədbir iştirakçıları ilk öncə Samux Şəhidlər Kompleksinin önünə ehtiram əlaməti olaraq qərənfillər düzdülər.
Tədbirdə mərkəzin direktoru Aygün Həsənzadə və nümayəndələri, Samux şəhər 1 saylı məktəb liseyin müəlliməsi Esmira Ələkbərova və digər müəllimlər, şagirdlər iştirak edirdi.
İlk əvvəl iştirakşılar Azərbaycanın müasir qəhrəmanlıq tarixini əks etdirən video rolikə tamaşa etdilər. Daha sonra şagirdlər şerlər söylədilər.
Tədbirdə gənclər İdarə Məmmədova və Aysel Cəfərova da çıxış edərək 20 yanvar hadisələri ilə baqlı faktları şagirdlərin nəzərinə çatdırdılar.