Şriftin ölçüsü :

Saytın rəngi :

Samux şəhər 2 saylı tam orta məktəbdə Bəxtiyar Vəhabzadənin 90 illik yubleyi qeyd edildi.

19 yanvar 2016 | 16:00

Samux şəhər 2 saylı tam orta məktəbdə millətçi yazarımız Bəxtiyar Vəhabzadənin  90 illik yubleyinə həsr olunmuş ,, Bəxtiyar dünyası,, əbədi  bədii gecə keçirilmişdir.
Geceni giriş sözü ilə məktəbin direktoru Əminə Cəfərova açaraq tədbir haqqında məlumat verdi.
Tədbirin 20 yanvar faciəsi ərəfəsində qeyd olunma səbəblərindən, bu faciənin iştirakçısı, göz yaşları, ürək yanğısı ilə qələmə alan, xalqı birləşməyə səsləyən Bəxtiyar Vəhabzadəni millətçi yazar, vətəninə, xalqına düşkün insan olduğunu qeyd etdi.
Tədbirdə Samux rayon İcra Hakimiyyətinin Humanitar Şöbəsinin müdiri Kəmalə Xəlilova , Samux rayon İcra hakimiyyəti başçısı Alı Qocayevin adında tədbir iştirakçılarını salamlayaraq, şair və onun yaradıcılığı haqqında əsaslı sözlər dedi.
Tədbirdə iştirakçılarından Samux rayon Təhsil Şöbəsinin metodisti Məmməd Bayramov, rayon ağsaqqalları cəmiyətinin üzvi sair Gəray Bayramov ətraflı çıxış etdilər.
Tədbir şagirdlərin ifasında şairin əsərlərindən ibarət mahnı,şeir və kompozisiyalarla dava etdi.

Keçidlər